Qadin.NET / Doğru şampun necə seçilməli

Doğru şampun necə seçilməli

Doğru şampun necə seçilməli

Daha canlı və parlaq saçlara sahib olmağı hər bir qadın istər,ancaq saçlara qulluq edilməsi mövzusunda nə etməli olduğunu bilmir.

Məsələn,seçdiyimiz şampunun saçımızın ehtiyacını qarşılayıb qarşılamadığına neçə nəfər fikir verir?Təəsüf ki,bu sayı çox deyil.Bəs saç kremini istifadə edərkən diqqət ediləcək xüsusiyyətlərdən nə qədər xəbərdarsınız?Bütün bu suallara BİOBLAS SAÇ QULLUQ MƏSLƏHƏTÇİSİ əczaçı Özdən Qasımoğulları cavab verdi.Saça qulluqda diqqət edilməsi lazım olan xüsusiyyətlər və maraqlanılan mövzular...

Doğru şampun necə seçilməli

Doğru şampun necə seçilir???

       Normal saçlar üçün şampunlar,saçlı dərinin nəm və yağ miqdarını tarazlayır.Sebum (yağ) istehsalı çox olmayan saç tipləri üçün uyğundur.Saçlarınızı yuduqdan 24 saat sonra yağlanma olmursa normal saç tipinə uyğun şampundan istifadə edilməlidir.

       Yağlı saçlar üçün şampunlar,saç dərisindəki sebum dəyəri çox olanlar üçün uyğundur.Hər gün və ya gün aşırı istifadə etdikdə saçdakı yağ dəyərlərini tarazlaşdırır.Həm də saçdakı sebum dəyərlərini normallaşdıran bu şampunlar saçdakı statik elektriyi azaldır.

        Boyalı saçlar üçün şampunlar,quru,gücdən düşmüş,qalıcı saç boyaları,rəng açıcılar,kimyəvi maddələr,həddindən artıq fenlənmiş və fiziki olaraq zərər görmüş saçlar üçün uyğundur.Yenilənmə və baxım özəlliyi baxımından inkişaf etdirilmiş formullarıyla saçların itirdiyi nəmi geri qaytarır.

         Zəif və gücdən düşmüş saçlar üçün şampunlar,müxtəlif səbəblərdən sağlığını qorumayan və ya itirmiş güclü baxım istəyən saçlar üçün uygundur.Kremli formulları sayəsində saçların asan açılmasına kömək edərkən təmir edici və canlandırıcı xüsusiyyətləri ilə güclü bəsləyici baxım sağlar.

         Yağlı saçlara kremsiz şampun:kremli şampunlar yağlı saçlardan başqa hər saç tipinin müxtəlif ehtiyaclarına görə formula edilmiş və baxım xüsusiyyəti ön plana cıxan məhsullardır.Yağlı saçlara sahib olan insanların kremli şampundan istifadə etməsi saçların daha tez yağlanmasına səbəb olur.

         Həftədə bir maska:saç maskaları təmir edici zülallar,saçların asan daranmasına kömək edən,parlaqlığını artıran ya da nəmləndirici maddələr daşıyırlar.Maskaları hamamda 2-3 dəqiqə saxlamaq lazımdır.Həftədə bir dəfə etmək yetərlidir.

Doğru şampun necə seçilməli
Saç kremi saç uclarında,yoxsa saç diblərində istifadə edilməlidir?:şampun istifadəsinin davamında ən çox ehtiyac hiss etdiyimiz məhsullar saç baxım kremləri,maskalar,sulu saç kremi və saç şəkilləndiricilərdir.Tərkib olaraq,bu məhsulların pH dəyəri saç dərisinə uyğun deyil.Bu səbəblə sadəcə saç uclarına vurulmalıdır.Saç diblərinə vurulması tövsiyyə edilmir.pH dəyəri və 100% bitkisel olan saç tökülməsinə qarşı kömək edən kremləri saç diblərinə vurmaq,saçları kökdən uca bəsləyərək ehtiyacı olan baxımı təmin edəcəkdir.Bu tip kremlər,saçlara keçmiş gücünü qaytaracaq və daha rahat daranmasına kömək edəcəkdir.
24 iyun 2011
GO BACK