Tüklərdən xilas olmağın təbii yolu:
Qoltuqaltı, genital bölgə, ayaq, qol və üzdəki arzu olunmaz tüklərdən xilas olmaq üçün bəzən günlərlə vaxt sərf edirik. Üstəlik sağlığımıza ziyan olan vasitələrdən də istifadə edə bilirik. Bəs arzu olunmaz tüklərdən xilas olmaq üçün təbii yolu heç sınaqdan keçirdinizmi? Evdə təbii bitkilərdən hazırladığınız bu məlhəm ilə arzu olunmaz tüklərdən əsər əlamət qalmayacaq.
İstifadə olunacaq bitkilər:
* 1 ədəd soğan,
* 1 diş sarımsaq,
* qara məlhəm və ya İhtiyol pomad (apteklərdən almaq olar, türkcə siyah merhem)
HAZIRLANIŞI
1 ədəd soğanı odda yaxşıca köz halına salırıq və sarımsağı rəndələyirik. Qara məlhəm və rəndələdiyimiz sarımsağı qarışdırıb istəmədiyimiz bölgələrdə olan tüklərə sarımsaq və qara məlhəmdən olan qarışımı incə təbəqə halında dərimizə yayırıq.Bu incə təbəqənin üstünə əvvəldən isidib köz halına saldığımız soğanı qoyuruq.Bunu bir həftə boyunca hər gün etmək lazımdır.Bir həftə ərzində istənməyən tüklərin yox olduğunu görəcəksiniz