Qadin.NET / Alma maskası

Alma maskası

Alma sevməyən insana təsadüf hallarda rast gəlmək olar. Bugün sizə sevimli meyvəmiz olan almadan ev şəraitində hazırlanan maskaları təqdim edəcəm.

İlk öncə onu nəzərinizə çatdırım ki, quru dəriyə şirin alma, yağlı dəriyə isə turş alma maskası faydalıdır.

 

Alma maskası
Bütün dəri növü üçün maska

Üz dərisinə qısa zamanda təravət bəxş etmək üçün yuyunduqdan sonra üzünüzü bu məhlulla yaxalayın: 1 çay qaşığı alma sirkəsi + 0.5 litr su

Alma maskası

Almanın yarısını və kökü sürtgəcdən keçirin. Qarışığı dərinizə çəkin və 20 dəqiqə saxlayın. Yuduqdan sonra fərqi özünüz hiss edəcəksiniz.

 Alma maskası

 

  Almanı sürtgəsdən keçirin və üzərinə yumurta sarısı əlavə  edərək qarışdırın. Maskanı üzünüzə çəkin. 15-20 dəqiqədən sonra isti su ilə yuyun. Bu maska həm üz dərinizi təmizləyir, həm də dərini vitaminlə zənginləşdirir.

  Alma maskası

 

Alma və xiyarı sürtgəcdən keçirin. Qarışığı qalın qatla üzünüzə çəkin. 15-20 dəqiqədən sonra yuyun. Maska üzdəki qaran nöqtələri aparır və üzü təravətləndirir.

  Alma maskası

Quru dəri üçün maska

Almanı sürtgəcdən keçirin. Üzərinə 1 çay qaşığı xama və bir az qreypfrut şirəsi əlavə edin. Bunları yaxşı qarışdırın və üzünüz çəkin. 15 dəqiqədən sonra isti su ilə yuyun.

Alma maskası

 

Sürtgəcdən 2 xörək qaşığı alma keçirin. 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Üzünüzə çəkin, 20 Dəqiqədən sonra isti su ilə yuyun. 

 


 

Yağlı dəri üçün maska 

 

Almanı sobaya qoyun və qızardın. Sonra 1 xörək qaşığı almadan götürün və üzərinə yumurtanın ağını əlavə edib qarışdırın. Dərinizə çəkin və 20 dəqiqə gözləyin. Sonra soyuq su ilə yuyun.

Alma maskası

 

Yarım almanın qabığını soyun və blenderlə əzin. Üzərinə yarım çay qaşığı bal əlavə edib qarışdırın. Qarışığın üzərinə yarım çay qaşığı limon suyu və yarım çay qaşığı zeytun yağı əlavə edib yaxşı qarışdırın. Maskanı üzünüzə çəkin. 10-15 dəqiqədən sonra ilıq su ilə yuyun. 


 

 

14 may 2011
GO BACK