Qadin.NET / Dodaqlar

Dodaqlar

Dodaq baxımı

 

Dodaqlar

Dolğun, baxımlı və gözəl görünən dodaq dişiliyin və seksuallığın simvoludur. Dodaq baxımı dodaqlarımızın gözəl və cazibədar görünməsini təmin edər. Dodaqlarımız çox həssas və dərisi incə olduğu üçün xüsusi bir baxım istəyir. Dodaqlarımızı həddindən artıq külək, soyuq və istidən qorumalı, qurumasının və çatlamasının qarşısısnı almalıyıq. Bunun üçün çantamızda hər vaxt bir çatlaq kremi (lipstick) saxlamalıyıq.

 

 

Dodaqlar

 

Vazelin və ya zeytunyağıyla dodaqlarımızı nəmləndirərək baxımını edə bilərik.Ayrıca soyuq havalarda dodaqlarınız çatlayırsa kakao yağı istifadə edə bilərsiniz.Həmçinin dəriniz üçün istifadə etdiyiniz nəmləndirici ilə dodaqlarınızı da nəmləndirməyi unutmayın.

Dodaq Makiyajı

Dodaqlar

 Dodaqlarınızdakı qüsurları düzəltmək üçün açıq tonlardakı pomadaları seçməlisiniz.

Əgər dodaqlarınız incədirsə açıq tonda və ucu küt bir dodaq qələmiylə üst dodağınızın ortasından başlayaraq və dodaq xəttinizin bir az üstündən dodaqların birləşdiyi yerə qədər yumşaq bir xətt çəkin. Eyni əməliyyatı alt dodağınıza da tətbiq etdikdən sonra qələminizin rəngindən bir ton daha açıq rəngdə pomada sürtün və alt dodağınızın tam ortasına bir az parladıcı vurun.Beləcə dodaqlarınız həm daha seksual həm də daha dolğun görünər.

Pomadanızı sürtmədən əvvəl mütləq dodaq qələmi istifadə edin.

 

Dodaqlar

 

Nə qədər yüngül makiyaj etsəniz də dodaq qələminə laqeyd yanaşmayın. Qələminizin ucunun küt olmasına diqqət yetirin. İti uclu qələm dodaqlarınızın xəttlərini təbii göstərməz. Qələminizin rəngi pomadanızın yalnız bir ton tündü olsun. 

Pomadanızın daha qalıcı olmasını istəyirsinizsə pomada sürtmədən əvvəl dodaqlarınıza bir az kirşan və ya tonal krem sürtün ya da asan çıxmayan pomadalardan istifadə edin.

Əgər əsmər bir bədənə sahibsinizsə açıq tonlarda (çəhrayı, narıncı və s.) pomadaları seçin.

Bunu əsla unutmayın qadın üçün ən gözəli təbii gözəllikdir.

Dodaqlar

Xüsusilə 20 li və 30 lu yaşlarda çox makiyaj gözəlliyinizi kölgələyər. Bu yaşlarda gözlərinə solğun tonlarda yüngülcə sürtəcəyiniz bir ten, dodaqlarınıza yüngül bir pomada, burun və çənənizin üstünə bir az kirşan və allıq, kirpiklərinizə isə şəffaf və ya hvə rəngi tonlarda bir kirpik üçün tuş sürtmək xüsusilə gündüz makiyajı üçün kafi və idealdır.

10 may 2011
GO BACK