Qadin.NET / 5 cavanlıq sirri

5 cavanlıq sirri

 

5 cavanlıq sirri

 

Qadınlar yaşlanmağın,qırışların qarşısını almaq üçün hər cür bahalı kremlərdən istifadə edirlər.Lakin hər vasitə o qədər yaxşı effekt vermir.Amma Avstraliyanın gözəllik ekspertləri qadınların cavan qalmasının onların həyat tərzindən asılı olduğunu sübut edir:

 

Yaşıl çay

-Tərkibində çoxlu antioksidantlar olan yaşıl çay sərbəst radikallara təsir edib,qocalmanı ləngidir.Gündə 8 stəkanı keçməmək şərti ilə yaşıl çay içmək olar.

Meyvə miksləri

-Qırışlar əleyhinə ən ideal maska meyvə qarışıqlarıdır.Ev şəraitində çiyələk ,qreypfrut,almadan hazırlanan maskalar üzü tam hamarlaşdıracaqdır.

Tonus

-Bədən tonusu yaşlanmaqda olan hüceyrələri ləngidir.Bədən tonusunu saxlamaq üçün gündə heç olmasa 30 dəqiqə idman hərəkətləri etmək vacibdir.

Gülüş

-Gülüş stres hormonu olan kontizolun səviyyəsini aşağı salır.Kontizol yüksək olduğu zaman qırışlar əmələ gəlməyə başlayır.

İntim

-Mütəmadi olaraq,fiziki yaxınlıq etmək qanda xoşbəxtlik hormonu olan serotonini yüksəldir.Bu da yaşlanmanın qarşısını alır.
5 may 2011
GO BACK