Qadin.NET / Cazibədar qadın olmaq üçün

Cazibədar qadın olmaq üçün

Cazibədar qadın olmaq üçün

Cazibədar qadın olmaq kişilər tərəfindən hər zaman bəyənilən və maraq dairəsində olmaq deməkdir. Bəs bunun üçün nə etmək lazımdır?

Bu yazımda bunları şərh etməyə çalışacağıq.

Bir qadını cazibədar edən və ya etməyən cəhətləri düşünüb sizə təqdim edirik.

1 - Geyim (və aksessuarlar) müasir, təmiz olmalı, həddindən artıq açıq və ya bağlı olmamalıdır (istər idman istər rəsmi geyimə uyğun olsun), qətiliklə dəbdən düşmüş olmamalı, uyğunlaşmayan rənglər olmamalı, bədən, saç rənginə və mühitə uyğun rənglər seçməlidir.

2 - Gözəl ətir saçmalı (Tər, yemək, yuyucu tozu, adi ətir, və s. olmamalıdr).

Cazibədar qadın olmaq üçün

3 - Danışığı məzmunlu, mədəni, anlaşılan olmalıdır.

4 - Səs tonu və tələffüzü qüsursuz olmalıdır.

5- Saçları baxımlı olmalı, çirkli və saçaqlı görünüşdə olmamalı, uzun saçlıdırsa, yığmalıdır.

6- Ya təhsilli olmalı və ya özünü, biliyini daim inkişaf etdirən olamlıdır.

7- Makiyajlı olmalı, amma qətiliklə həddindən artıq makiyajdan istifadə etməməlidir. 

8- Çəkisinə diqqət etməli, yeyərkən süfrə mədəniyyətinə riayət etməlidir. Dişləri, dəri qulluğu yerində, əlləri baxımlı olmalıdır.

Cazibədar qadın olmaq üçün

9- Gülmək, danışmaq, heyrətlənmək, əsəbləşmək, əylənmək və s. duyğu ehtiva edən ifadələri əl-mimika hərəkətləri səsləri şişirtməsiz və qəşəng olmalıdır.

10- Kişiləri nə "qisası" olaraq görməli, nə də səmimiyyətinə həddindən artığa qaçıb bəzilərinə səhv anlaşılan mesajlar verməməlidir.

Göründüyü kimi heç çətin deyil. Yalnız bir az diqqət və iradə ilə mümkündür.

6 fevral 2016
GO BACK