13. Günəşdən müdafiə olunun. Hiperpiqmentasiya, fotoqocalma-bizim günəşdə qaralmaya olan böyük məhəbbətimiz və bununla yanaşı günəşdən müdafiə üçün nəzərdə tutulan kremlərdən istifadəyə qoyduğumuz laqeyidlik səbəbindən baş verir. Dərinizi qoruyun və mütləq SPF tərkibli kremlərdən istifadə edin. Onlardan təkcə çimərlikdə deyil, gündəlik də istifadə edin.
14 Həftədə bir dəfə maskalardan istifadə edin. Mövsümlə əlaqədar olaraq nəmləndirici, qidalandırıcı və təmizləyici maskalardan istifadə edin.
Nəmləndirici maska: Orta ölçülü pomidoru sürtgəcin narın gözündən keçirib püre halına salın. Ona qatı olması üçün 1 x/q nişasta və 1-3 damcı zeytun yağı əlavə edıb qarışdırın. Üzdə 20 dəqiqə saxlayıb ilıq sul ilə durulayın. Bu maska hər növ dəri tipinə uyğun gəlir.
Qidalandırıcı maska: Əgər sizin üzünüz həddən artıq qurudursa o zaman yağlı qaymaq götürün və istənilən bitki yağını əlavə edin. Kütləni üzə çəkib 10-15 dəqiqə saxlayın. İlıq su ilə durulayın. Bura yulaf yarması və çay sodası da əlavə etmək olar. Bu zaman nisbət 1:1 seçilməlidir. Yulaf yarmasını xırdalanmaq üçün blenderdən istifadə edin.
Təmizləyici maska: Üzdəki qara nöqtələrdən (burun ətrafında və çənədə) azad olmaq üçün dairəvi hərəkətlərlə kütləni üzə sürtmək lazımdır. Çay sodası və blenderdən keçirilmiş yulaf yarması (nişastadan da istifadə etmək olar) azca suda və ya bitki yağında isladılır və üz dərisinə dairəvi masaj hərəkətləri ilə çəkilir. 10-15 dəq sonra yuyular. Soda üzdəki iltihabı aradan qaldırır.
15. Yuyunduqdan sonra üzünüzə krem çəkin. Şəhərdə suyun keyfiyyəti elə səviyyədədir ki, o təkcə üzü təmizləmir, hətta onu zədələyə də bilir. Ona görə də mütləq hər yuyunmadan sonra üz dərisinin tipinə uyğun kremdən istifadə olunmalıdır.
16. Üz dərisinin gözəlliyi üçün tətbiq olunan yeni texnalogiyanın naliyyətlərindən istifadə etməkdən çəkinməyin: Məsələn mezoterapiya-bu üzdəki qocalıq əlamətlərini aradan qadırmaq üçün tətbiq olunan çox gözəl vastədir. Qocalmaya qarşı profilaktikada və üzdəki piy hüceyrələrinin işini nizamana salıması zamanı istifadə olunur.
17. Səbirli olun. Həmişə ümumi təsirlə işlərinizi görün. Daha çox səy, daha gözəl nəticə. Ən əsası-ardıcıllıqdır.
18. Nəmləndirmə birinci olmalıdır. Bütün gün ərzində 1.5- 2 litir su içmək mütləqdir. Bu zaman dəri gözəl və nəmli olacaq. Su olmadıqda dəri tədricən quruyur. Bu da qırışların əmələ gəlməsinə səbəb olur. Daha çox su için-çay, kofe hətta şirə belə adi suyu əvəz etmir. Nəmi təkcə xaricən deyil, daxilən də qorumaq lazımdır. Çünki su maddələr mübadiləsini aktivləşdirir. Bəzən tək maye qəbul etmək kifayət etmir, xüsusilə də yay mövsümündə biorevitalizasiya etmək lazımdır ki, dərini stres və istidən qorusun.
19. Sutka əzində 8 saatdan az yatmayın. Nizamalı yuxu rejimi ilə dəri də sağlam görünəcək.
20. Gün ərzində üz üçün nəzərdə tutulan idman hərəkətlərini yerinə yetirin. Bunula yanaşı dekolte zonası da daxil olmaqla üzdə edilən masaj hərəkətləri üzünüzü cavan saxlayacaq. Masaj düşmüş tonusu bərpa edir, üzdəki qan dövranını yaxşılaşdırır. Bu üzünüzün rənginə birbaşa təsir edir.
21. Bərpaedici və nəmləndirici dodaq kremlərindən istifadə edin. Bunun ancaq lazım olanda etmək kifayərdir.
22. Sızanaqlarınızı heç zaman sıxmayın. Düzgün olmayan sıxılma və əlavə təsir nəticəsində sızanağın yerində piqmentli ləkə qala bilər.