Qadin.NET / Adriana Limanın gözəllik sirləri

Adriana Limanın gözəllik sirləri

Adriana Lima qüsursuz bədəni, dolğun dodaqları, yamyaşıl yaşıl gözləri və gözəl bədəniylə göz qamaşdırır.

Adriana Limanın gözəllik sirləri

Dəri

Adriana Lima dərinin ən çox ehtiyacı olan şeyin nəm olduğunu bildiyi üçün dəriyə qulluğu nizamlı olaraq edir. Günəş kremi sürmədən çölə çıxmamağı vərdiş halına gətirib. Təbii bitki mənşəli yağlarla dərisini təzələyir. Çox tez-tez su içmək lazım olduğunu bir dəfə dilə gətirir. Ümumiyyətlə, dərisi üçün  yalnız nəmləndirici istifadə edir. 30 yaşından sonra qırışlar meydana gəlməyə başlayır. Nəmləndirici ilə birlikdə qırışlara qarşı da kremlər istifadə edir. Gündə ən az 1 dənə Hindistan qozu suyu içən Lima bunun dərisinə sağlamlıq  və canlılıq qatdığını düşünür. Ayrıca üzüm və  albalı meyvələrinın  möhtəşəm sirlərinə inanır. Hətta birbaşa Hindistan cevizini qırıb suyunu nəmləndirici olaraq istifadə edir.

Adriana Limanın gözəllik sirləri

Saçları

Heç bir zaman onu şişirtmə saç rəngləri görə bilmədiniz. Saçlarını təbiyiliyini qoruyaraq formaya salır. Ümumiyyətlə, çiyin xəttində kəsdirdiyi saçlarına təbii dalğalar verməyi seçim edir. Qəhvəyi saçlarını mis tonlarıyla kölgələndirdiyi halını hər kəs çox bəyənir. Bürünc bədənində ən doğru saç rənginin necə olacağını yaxşı bilir. Braziliyada avakado ilə saça edilən baxımlar olduqca məşhurdur. Adriana Lima da saçlarına avakadolu maskalar edir. Bu maska saçı nəmləndirərək parlaqlıq qazandırır.

Makiyaj

Aşırı makyajlardan xoşlanmayan gözəl maniken ümumiyyətlə dərisi üçün BB krem istifadə etdiyini söyləyir. Dəriyə nəfəs aldırdığı üçün həm təbiilik təmin edir, həm də dəriyə başqa bir şey sürməyinizə gərək qalmır. Yanaqlarda yüngül şaftalı ya da çəhrayı ənlik istifadə etmək təbii olduğunu vurğulayır. Kirpik üçün tuşdan çox istifadə etdiyini dilə gətirir. Gündəlik həyatda yalnız tuş ilə makiyajını tamamlayır. Çantasından çıxarmadığı makiyaj məhsulu isə qırmızı dodaq boyasıdır! Onsuz da üzünə baxıldığında ilk olaraq dodaqları və gözləri diqqət çəkir. Əksəriyyətlə tünd qırmızı rənglərdə dodaq boyası və parladıcılar seçim edir. Gözlərdə layneri incə bir şəkildə kirpik dibinə çəkir. Bu həm daha canlı, həm də sanki makiyajsız kimi bir hiss verir. Ayrıca dumanlı göz makiyaj sevir.

Adriana Limanın gözəllik sirləri

İdman və qidalanma

İdman onun vaz keçilməzidir. Tərləməyi çox sevir. Victoria 's Secret dəfilələrində möhtəşəm bədəniylə diqqət çəkən və dünyanın ən seksual qadınlarından biri olaraq qəbul edilən Lima kökəlmək kimi bir problemi olmadığını və pəhriz etmədiyini tez-tez dilə gətirir. Ancaq formada qalmaq üçün mütəmadi olaraq idman etdiyini sözlərinə əlavə edir. Üstəlik seçimi çox fərqli bir idman növüdür. Lima boks edərək arıq qalmağa çalışır. Bunun yanında ürək və fitness təlimləri də edir. Məşqlərə hazırlanarkən Hindistan qozu suyu və çay əsaslı meyvələrin qarışıqlı enerji içkisi içir. Yediklərinə çox diqqət edən Lima zülalın yanında bir neçə parça karbohidrat alınması lazım olduğunu söyləyir. Səhərlər qayğanaq ya da yulaf əzməsi; günorta və axşam yeməklərində isə qızartma et, qızartma tərəvəz, düyü və taxlalı yeməklər yeyir.

Geyim

Geyim tərzini gənc qız kimi və əyləncəli olaraq seçir. Qızlarıyla vaxt keçirəcəyi zaman rahat geyimlər seçim edir. Həyatı və müsbət olmağı sevən quruluşu sayəsində müsbət enerjisi gülüşünə və paltarlarına də keçincə  ortaya bu möcüzə nəticə çıxır. Nəticə olaraq təbii, şişirtmədən uzaq, idmanı həyat tərzi halına gətirən və hər zaman gülən biri olsanız, ən az Adriana Lima qədər gözəl ola bilərsiniz.

7 iyun 2015
GO BACK