1. Xörək hazırlayarkən çatlamış əllərinizə işarası xiyar , pomidor , kartof püresi çəkməyi , kartof bişirilmiş suda əllərinizi yaxalamağı unutmayın.
2. Əlləriniz çox kobudlaşmış , dırnaqlarınız sınmışsa , qızdırılmış günəbaxan yağında 10-15 dəqiqə saxlayın .Sonra əllərinizi yumayın əski ilə silin
3. Əgər əllərinizdə ziyil əmələ gəlmişsə gündə 4- dəfə zəncirotu , təzə kartof ,sarımsaq çəkin.Xalq təbabətində ziyilin üstünə külləmə soğan qoymaq məsləhət görülür.Ziyili kəsmək və zədələmək olmaz . Yaxşı olarki həkimə müraciət edəsiniz.
4. Əgər əllərinizi çirkləndirəcək bir iş görəcəksinizsə , onda dırnaqlarınızla sabunu qaşıyın , dırnaqların altı sabunla dolsun .İşdən sonra əllərinizi yuyun və sabunu şotka ilə təmizləyin.
5. Əllər ağarsın deyə , onları boraks ya da sirkə tökülmüş ilıq suda saxlamaq lazımdır .Qədim xalq təbabətinə görə çiy süd və ya limon şirəsi qatılmış su ilə vanna etmək yaxşı kömək edir.
6. Daha bir məsləhət : Sıxılmış limonu atmamışdan əvvəl onu əllərinizə çəkin . Turşuya qoyulmuş xiyarın suyunda əllərinizi vanna edin.
7. Əgər işinizlə əlaqədar olaraq əllərinizdən ağ neft ,naftalin , balıq yağı və s iyi gəlirsə , onda əllərinizi adicə sabunla yumaqdan başqa onları quru xardal tökülmüş su ilə silin , sonra da adi su ilə yuyun.
8. Yağlı boyanı əllərdən hər hansı həlledici (aseton) ilə silirlər. Bu olmasa onda paltar yuyan tozdan istifadə edin və sonra mütləq sirkə , ya da limon turşusu tökülmüş su ilə yaxalayıb yenə də adi su ilə yuyun.
9. Əllərə düşmüş mürəkkəb ləkəsini naşatır spirti , odekolon ya da spirtlə silin.
10. Təzə əmələ gəlmiş döyənəyə 8 gün ərzində sirkədə isladılmış yumuşaq çörək qoyub kompres etsəniz keçər. Kompresi bütün gecə saxlamaq lazımdır.
11. Ətə batmış dırnağı kəsmək üçün onun xaricə çıxmasına şərait yaratmaq lazımdır . Bunun üçün dırnağın altına rivanolda , 5 – 10% - li sintomisin emulsiyasında isladılmış tənzif parçası , ya da pambıqdan düzəlmiş piltə qoymaq olar.