Qadin.NET / Ev şəraitində gözəlləş!

Ev şəraitində gözəlləş!

Ev şəraitində gözəlləş!
3 faydalı məsləhət

Hər bir qadın gözəlliyinin qeydinə qalmalı, gün ərzində yarım saatlıq da olsa özünə zaman ayırmalıdır.Yarım saata nə etmək olar?

1 . Piling-Ölü hüceyrələri təmizləyər,dərini hamarlaşdırar.Əgər evdə skrabınız yoxsa cay sodası köməyinizə gələ bilər.Nəm pambığın üzərinə 1çay qaşığı soda töküb derini silmək lazımdı ən çoxda alın,burun,çənə zonası,yumşaq hərəkətlərlə silinir.Daha sonra ilıq suyla yuyulmalıdır.

2 . Kompres-Pilingdən sonra kompres dəriyə möhkəmlik verər və dəridəki qıcıqlanmanın qızartının qarşısını alar.Bunun üçün çobanyastığı dəmləməsi lazım olacaq.Çobanyastığı çiçəklərini bir qabda 5-10dəq.dəmləmək lazımdır.Sonra süzülür və öncədən hazirlanmış təmiz parça həmin suya salınır,üzü yandırmamaq şərtiylə(çox soyutmaq lazım deyil) üzə sərilir.5-10dəq.saxlanılır.

3 .Maska- Kompresdən sonra maska etmək çox faydalıdır.Maskanı əvvəlcədən hazır qoymaq lazımdır.Maska dəriyə qidalandırıcı təsir göstərəcək.Əgər dəriniz yağlısa, sadəcə xama çəkməklə kifayətlənə bilərsiz(gözətrafından başqa).Xama üzdə tam quruduqdan sonra ilıq suyla yuyulur.

Dərisi quru olan xanımlar-1yumurta sarısı,1çay qaşığı bal və bir necə damcı bitki yağını qarışdırıb bu qarışığı üzə çəkir,15-20dəqiqədən sonra ilıq suya yuyur.

Hər iki halda maska və kompres uzanmış halda etmək lazımdır..

Nəticəni görəcəksiniz!!Şəxsən özüm etmişəm!!

Bundan sonra makiyaj edib hər hansı bir ziyafətə də gedə bilərsiniz!!

30 mart 2011
GO BACK