Qadin.NET / Gözəllik maskaları

Gözəllik maskaları

 

Gözəllik maskaları

Dodaq üçün maska:

 

Ərik

Banan

Şaftalı

Xiyar

Hərəsindən bir dilim götürüb blendrdə əzin. Təxminən qarışığın yarısı qədər kərə yağı götürüb qarışdırın. Dodaqlarınıza çəkib 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. 

 

Gözəllik maskaları

 

Üz üçün nəmləndirici maska

Yarım Banan

1x.q. xama

Bunları qarışdırıb üzünüzə çəkin və 20 dəqiqə ərzində saxlayıb ilıq su ilə yuyun. Üzünüz həm təravətli və nəm olmaqla yanaşı, həm də ağarmış olacaq. 

 

Gözəllik maskaları

 

Kirpiklərin uzadılması üçün maska

1ç.q. Hind toyunun yağı

0,5 x.q kakao yağı

Bunları qarışdırıb su buxarında həll edin. Nəticədə krem halına gələcək. İsindikdən sonra 15 gün ərzində yatmadan əvvəl gözlərinizə toxunmamaq şəti ilə kirpiklərinizə çəkin. Burada köhnə tuj fırçası köməyiniz ola bilər. Səhər yumaq mütləqdir.

 

Gözəllik maskaları

 

Üz təravətləndirici maska

Orta ölçüdə bişmiş kartof

1ç.q. kəsmik

1 ədəd yumurta sarısı

1ç.q.limon şirəsi

Bütün bunları qarışdırıb həll edib üzünüzə çəkin. 20 dəqiqə sonra ilıq su ilə yuyun. Üzünüzün ağardığını və həqiqətən təravətli olduğunu hiss edəcəksiniz. 

19 mart 2015
GO BACK