Bir neçə ay sonra üzümüzə yay gəlir. Yayda qadınlar və əsasən pambıq kimi ağ dərili qadınlar və qızlar şokolad rəngində olmaq istəyirlər. Bunun üçün özlərini, yəni dərilərini qaraltmağa əl atırlar.
Qaralmağın 3 əsas məşhur yolu var:
1. Günəş vannası ilə
2. Solariuma getməklə
3. Dərini qaraldan kremlərdən istifadə etməklə.
Günəş qaraltısı- elədir ki, mütləq qoruyucu krem vurmalısan, əks halda yanarsan. Amma bir çox açıq rəngli dərili insanlar gündən sonra qızarır, hətta qaralır, amma sonradan öz təbii rəngi qayıdır və qaralma bərabər alınmır.
Solarium- yaxşı nəticə verir. Dəri bərabər qaralır. Amma onun da mənfi tərəfləri var:
1. dərini tez qocaldır
2. xərçəng riskini qaldırır
3. dəridə ləkələr əmələ gələ bilir
Dərini qaraldan kremlər- Onlar günəş və solarium qədər ziyanlı deyillər. Bir çox firmalar, məsəlçün, Loreal, Nivea, Yves Rocher və s. dərini qaraldan kremlər istehsal edirlər. Finli forumlarda oxumuşam və ən təriflənən kremin Loreal firmasından olduğunu müəyyən etmişəm. Amma deyilənə görə onun da mənfi cəhəti var - çox pis iy verir və bu iy dəriyə hopur (yatağa, paltara). Özüm də üz üçün qaraldıcı kremdən istifadə etmişəm- Yves Rocher firmasından, lakin mənə düşmədi, üzümü sanki çirkli göstərirdi.
Bu arada sizə sualım var:
Siz, əziz istifadəçilər, günəşdən əlavə hansı rahat qaralma üsulunu kəşf etmisiz və nəticəsi necə olub? Yay gəlir və yayqabağı məsləhətlərimizi bölüşək.