Ən gözəl və ən cazibədar görünmək hər bir qadının arzusudur. Ta qədimlərdən bəri qadınlar artıq bilirdilər ki, təkcə kosmetika vasitələri ilə gözəlləşmək bəs etmir. Hər bir şahzadə qadının özünəməxsus cazibədarlıq və gözəllik sirri vardır.
Hətta gözəllik ritualları dövlət sirri kimi qorunurdu. Onlardan bəziləri unudulub getmişdir, bəziləri isə bütün dünya qadınlarının mülkünə çevrilmişdir.
Kralça Kleopatra öz cazibədarlıq problemlərini adi su ilə həll edirmiş.
Əfsanəvi kraliça hər gün səhərlər gözəl bir vanna qəbul edirmiş, həm də ele belə sadə şəkildə deyil, ətrafında ətirli şamlar yandıraraq, suya ətirli bitki yağları tökərək. Bunları etməklə o, hər gün öz mənfi enerjisini vannadakı suya atmış olurdu.
Başqa bir şahzadə hər gün 2 saatını aynanın qarşısında keçirirmiş. Xəzər şahzadəsi Atex gözəllik vurğunu olduğu üçün günün çox hissəsini özünün aynadakı əksi ilə keçirirdi. O dövrdə kosmetik vasitələrin hamısının olmaması şəraitində şahzadə əvvəlcə özünü tərif edər, özünə xoş sözlər söylər, sonra isə makyaja başlardı.