Gözəlliyimizi qoruyaq
- - Dodaqları təravətli saxlamaq üçün dodaqlara təmiz bal sürtüb,15-20 dəqiqə saxlamaq lazımdır.
- - Üzdə olan ləkələri aparmaq üçün yaxşı yetişmiş heyva suyu ilə üzü silmək lazımdır
- - Baş soğanı bıçaqla 2 yerə bölüb gündə 1dəfə üzə sürtmək olar.
- - 2 xörək qaşığı xiyar suyuna 1 çay qaşığı limon suyu qatıb üzü,boğazı silmək olar. 30 dəqiqədən sonra quru pambıqla silmək lazımdır. Bu əməliyyat dərini yumşaldır və ləkələri aparır.
- - Dırnaqların tez-tez sınmaması üçün dırnaqlara vaxtaşırı limon suyu sürtmək lazımdır.
- - Bir neçə təzə nanə yarpağını əlinizdə əzərək yumşaldıb gözünüzün altına qoysanız qırışlardan xilas olarsınız.
- - Üzü, boynu , boğazı sabunla tər-təmiz yuyub yaxşı quruladıqdan sonra təmiz balla əvvəlcə sürtmək lazımdır. 25-30 dəqiqədən sonra isə yaxşı dəm almış yaşıl çayla yumaq lazımdır.Qurulamaq olmaz.
6 mart 2011
GO BACK