Çivzə nədir?
Çivzələr yeniyetməlik dövründən başımıza bəla olan bir dəri problemidir. Çivzələr bəzi adamlarda yeniyetməlik dövrünün bitməsilə çəkilərkən bəzi adamlarda isə dəri tipinə bağlı olaraq uzun illər davam edə bilir. Çivzələrin əmələ gəlmə səbəbi yağlı dəri tipi, lazımınca dəriyə qulluq etməmək, səhv seçilmiş kosmetik vasitələr, yaxşı qidalanmamaq və b. ola bilər. Genetik və hormonal səbəblər də çivzə əmələ gəlməsinə böyük təsir göstərir. Artıq yağ əmələ gətirən yağ hüceyrələri səbəbiylə dəri üzərindəki bakteriyalar ilə iltihablı bir reaksiya əmələ gəlir. Bu da çivzə və sızanaqların yaranmasına səbəb olur. Çivzə problemi olan adamlarda bu iltihablanma daha böyük təsirə malik olur və qalıcı iz buraxacaq çivzələr əmələ gələ bilir.
Çivzənin səbələri
Hormonal pozğunluq, yağlı nəmləndiricilər, sağlam qidalanmamaq, dərmanlar, günəş kremləri, adət dövrü, vitaminsizlik, telefon, gözlük, maska, sızanaqları sıxmaq, üzə çox toxunmaq, mövsüm dəyişməsi, nəm və tərləmə, stress.
Çivzə müalicəsində məqsəd dəridəki yağ və bakteriyaları azaltmaqdır. Bu səbəblə benzol peroksid və ya salisil turşusu tərkibli kremlər istifadə edilə bilər. Bu kremlərlə bərabər çivzə sabunu, antibiotiklər və lazer müalicəsi də çivzə müalicəsi kimi bilinir. Əgər çivzələr hormonal xarakterlidisə, həkiminə getməyiniz məsləhətdir.
Çivzələrdən xilas olmaq üçün nə etməli?
- Həkim məsləhəti ilə çivzə üçün kremlər, həblərdən istifadə edin.
- Müalicənin uzun olacağını qəbul edin və səbrli olun.
- Vasitələri müəyyən edilmiş ölçüdə istifadə edin, artığına yol verməyin.
- Dəriniz üçün spirtli və yağlı vasitələrdən istifadə etməyin.
- Dərinizi təmiz saxlayın.
- Stresdən xilas olun. Meditasiya, yoqa ilə məşğul olur, gəzintiyə çıxın.
- Çoxlu su için.
- Duz istifadə etməyin.
-Karohidratlı qidaları və süd məhsullarını azaldın.
-Qoz və balıq yeyin.
-Az makiyaj edin.
- Üzünüzü nizamlı olaraq yuyun.
- Saçınızı dərinizdən uzaq saxlayın.