Qadin.NET / Gözəl ayaqlara sahib olaq

Gözəl ayaqlara sahib olaq

Qızlar həmişə gözəl olmağa səy göstərirlər. Buna görə də ilk olaraq sağlamlığın qeydinə qalmaq lazımdır: dəri, saç, çəki, bədən.... bütünlüklə qaydasında olmalıdır. Siyahı daha uzundur! Yay aylarında qızlar ən çox  bədən forması və ayaq quruluşları ilə diqqət çəkirlər. Əlbəttə, yay aylarında daha qısa geyimlərə üstünlük verilir, belə ki, bu "minimum" bədənimizin "maksimumlarını" açır. Bu zaman gözəl ayaqlar yada düşür, siz də oxuyun, yadda saxlayın və hərəkətə keçin!!!
Ayaqlarınıza qulluq edin.
Bədənin bütün üzvləri kimi ayaqlar da özlərinə qayğı tələb edir. Depilyasiya etdirin, skrablardan istifadə edin. Daban və pəncələrə də qulluq etməyi unutmayın. Pedikürü də unutmayın, əllərinizi manikür edib gözəl görünməsini təmin etdiyiniz kimi ayaqlarınızla da bunu edin.
Çox şirniyyat yeməyin.
Ondan tam imtina etmək də olmaz, həkimlər iddia edirlər ki, qızların qida rasionundan xoşbəxtlik hormonu serotonin əksik olarsa, bu stresə səbəb olar. Ona görə də hər şey norması ilə olmalıdır. Bir çox mütəxəsislər əmin edirlər ki, əgər yeməkdən həzz alırsınızsa, siz kökəlməyəcəksiniz. Bu ona görədir ki, siz sevimli şokaladlı tortu və ya pirojnanı böyük dilimlə yox, kiçik tikə ilə qəbul edirsiniz. Bu isə sizin çəkinizi korlamayacaq.
Gözəl ayaqlara sahib olaq
İdmanla məşğul olun.
Fiziki gərginlik kimi heç bir şey bədəni gözəl etmir. Əgər sizin idman zalına getmək fikriniz yoxdursa, o zaman daha çox piyada gəzin.
Çatışmazlıqlarınızı geyimlərinizlə örtün.
Sizin ayaqlarınız idealdan çox uzaqdır? O zaman lasyondan istifadə edib şortlar geyinməyin, bu gözəl görünməyəcək! Həmişə dəblə geyinmək istəyirsinizsə, özünüzə yaraşan, bədən formanıza uyğun geyimlər geyinin.
Adi gigiyenik qaydalara əməl edin.
Əlbəttə, hər birimiz deyəcəyik ki, hər gün ayaqlarımızın təmizliyini kontrol edirik (və bu mütləq belə olmalıdır). Lakin bununla yanaşı çatışmazlıqlar da olur ki, biz ayaqlarımızı gizlətməli oluruq. Daha hansı qaydalar mövcuddur? deyirsinizsə, aşağıdakılara diqqət edin.
Gözəl ayaqlara sahib olaq
Dabanlarınızı müntəzəm olaraq soyuq su ilə yuyun. Gel və ya sabunla yuduqdan sonra bunu etməklə dərialtı hüceyrələrin inkişafını aktivləşdirmiş olursuz və qan dövranını yaxşılaşdırmış olursunuz. Dabanlarınızı və döyənəklərini sürtmək üçün süngərdən istifadə edin. Hər su prosedurundan sonra krem çəkin (yaxşı olar ki, yağlı olsun). Sakitləşdirici və təravətləndirici vannalar edin (çobanyastığı, gicitkan, dəniz duzu, adi dəvədabanı). Mümkün olduqca əlavə tamamlayıcı vasitələrdən istifadə edin. Gündəlik gigiyena ilə bərabər yaxşı olar ki, aşağıdakı əlavə qulluqlardan da olunsun.
Vitamin maskaları: Çoxları heç düşünmürlər ki, üz dərisi, saçlar və əllər kimi ayaqlar da vitaminə ehtiyac duyur. Limon suyu ilə yumurtadan hazırlanmış maska tam sizin ayaqlarınız üçündür. Belə tərkibli maskanı daha çox gəzən zaman və ayaqların günəş şüalarından uzun müddət məhrum zaman etmək daha məsləhətlidir. Bunun üçün 2 yumurta 2 stəkan limon suyu blenderin köməyi ilə yaxşıca çalınır. Pambıq tampunla bir neçə qat təmiz ayaq dərisinə çəkilir. Maskanın ayaqda qalma müddəti 15 dəqiqədir. Bundan sonra ayaq ilıq su ilə yuyulur.
Gözəl ayaqlara sahib olaq
Krem: Məlumdur ki, bütün kosmetik firmaların ayaq kremləri mövcuddur. Əgər əlinizin altında belə krem yoxdursa, istənilən kremdən ev şəraitində ayaqlarınız üçün skrab hazırlaya bilərsiz. 8 ç.q krem 4 x.q narın duzla qarışdırılır, 1 x.q limon suyu və 1 x.q zeytun yağı əlavə olunur. Alınan maska ayağa çəkilir və bir neçə dəqiqə masaj hərəkətləri ilə dəriyə yayılır. Sonra 10 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur.
Ayaqlara qulluqla yanaşı onların quruluşlarının da qeydinə qalmaq lazımdır. Bunun üçün dartınma hərəkətləri vaciblidir. Tez-tez gəzmək, qaçmaq, velosiped sürmək ayaqların quruluşuna və əzələlərin elastikləşərək sağlam olmağına gözəl təsir edir. Bütün bunları işdə də etmək olar. Belə ki, baldır əzələlərin məşq etdirməkdən ötrü siz idman rezinini ayağınızla birlikdə stula bağlayıb ehtiyatla ayağınızı irəliyə doğru qaldırıb endirməklə oturduğunuz halda gərilmə hərəkəti etmiş olursuz. Ayağı bud səviyyəsinə kimi qaldırıb əvvəlki yerinə endirmək gərəkdir. Hər ayaqda 10 dəfə olmaqla hərəkəti təkrar etmək olar.
Qırmızı ləkələr və varikoz sizin ayaqlarınızın görünüşünə xələl gətirən faktlardandır. Bu ciddi hal almamış idmanla məşğul olmaq lazımdır ki, həm ayaq damarları güclənsin, həm də qan dövranı yaxşılaşsın. Əgər siz uzun müddət bir yerdə oturmaq məcburiyyətindəsinizsə, çalışın hərəkətsiz durmayın. Özünüzü və ayaqlarınızı hərəkət etdirin və heç vaxt ayaqlarınızı bir-birinin üstünə qoymayın. Bu, qan dövranını pozur və problemi böyüdür.
Ayaqlarınız tez-tez yorulur və ağrıyırsa
Adi masaj hərəkətləri edərək ayaqlarınızdakı qan dövranına təsir edə və ağrını azalda bilərsiniz. Bundan əlavə arxası üstə uzanın, ritmik olaraq ayaqlarınızı yüngülcə qadırın, bir-biri ilə birləşdirin. Barmaqlarınızı hərəkət etdirin və ayaqlarınızı dizdən qatlayaraq sinənizə doğru sıxın. Gün ərzində bir neçə dəfə olmaqla bir dəqiqə ərzində hərəkəti təkrar edin.
Heç bir zaman ayağınızı sıxan geyimlər geyinməyin (corab, ayaqqabı). Qidanızı natriumla zənginləşdirin və bol-bol su için. Gözəlliyiniz öz əlinizdədir, onu qoruyun və qeydinə qalın.
23 oktyabr 2014
GO BACK