Bəzilərimiz çox yaxşı poz verərkən bəzilərimiz isə istisna olaraq hər fotoşəkildə bərbad çıxırıq. Güzgüyə baxıb şahanə bir poz yaxaladıqdan sonra, çəkdiyimiz fotoşəkil belə bizi şəkil çəkmək həvəsimizi yox edə bilir. Təəssüf ki, bəzilərimiz heç də yaxşı poz verməyi bacarmırıq və daha da pisi bunun öhdəsindən gəlməyin də elə bir yolu yoxdur. Yenə də makiyajımıza diqqət edərək xüsusi günlərdə çəkdiyimiz fotoşəkillərdə 1990-cı illərin gəlinləri kimi çıxmamış olarıq. Toplu çəkilən fotoşəkillər ictimai medyada paylaşıldığı zaman 20 adam arasından parlayan üzünüzü gördükdə dərhal tağ edilən şəkli silməyiniz artıq son tapa bilər. Budur, sizə xüsusi günlərdə fotoşəkillərdə pis çıxmağınızın qarşısını alan tövsiyələr.
1. SPF ehtiva edən məhsullar
2. Parlaq pomada və rəng
Parlaq rəngdə sürdüyünüz doday boyanız çəkdirdiyiniz fotoşəkillərdə daha diqqətə çarpan çıxacaq və dodaqlarınız incədirsə, daha incə, qalındısa, daha qalın görünəcək . Dodaqlarınızı ön plana çıxaran bu çəkiliş həddindən artıq parlayan dodaqlarınızla çox da xoş bir şəkil olmayacaq. Eyni şəkildə parlaq rənglər də fotoşəkillərdə göz ətrafınızın daha yaşlı görünməsinə gətirib çıxarar.
3. Açıq Rəng Tonal Krem
Açıq rəng tonlaşdırıcı kremlər fotoşəkillərdə sizi olduğunuzdan daha ağ çıxaracaq və təbii ki ruh kimi göstərəcək. Bu səbəblə
tonal kremi dəri rənginizdən bir ton tünd seçməyə diqqət edin. Əks təqdirdə açıq rəngli tonlaşdırıcı kremlər ilə solğun görünməyə davam edəcəksiniz.
4. Kirşan
Həddindən artıq kirşandan istifadə edildiyi zaman fotoşəkillərdə bu, daha aşkar bir şəkildə görünəcək. Buna görə hər zaman istifadə etdiyiniz qədər, az miqdarda kirşan tətbiq edin.