Qadin.NET / Toy makiyajında yol verilən nöqsanlar

Toy makiyajında yol verilən nöqsanlar

 

Toy makiyajında yol verilən nöqsanlar

 

Toy günündə bütün qızlar gözəl görünmək istəyir. Bu mərasimi hər kəs həyatında bir dəfə yaşadığı üçün yadda qalan və qüsursuz görünmək arzusunda olur. Çünki çəkilən şəkillər həyatı boyu həmin günü xatırladır. Amma bəzən makiyajda edilən bəzi nöqsanlar bu xatirə şəkillərini baxılmaz edir.

Toy makiyajında bəzi nüanslar var ki, onlardan uzaq olmaq məsləhət görülür.

Al çəhrayı ənlik

Gəlinlik makiyajında yol verilən ən böyük səhvlərdən biri düzgün olmayan ənliyin seçilməsidir. Belə ki, siz qabaqcadan toyda əhvalınızın necə dəyişəcəyini bilmirsiniz. Həyəcandan dərinizin rəngi dəyişə bilər. Yaxşı olar ki, süni rənglərdən istifadə olunmasın və ən çox təbii, hətta öz yanaqlarınızın rəngi çalarındakı ənliklərdən istifadə olunsun. Qırmızı rəngin çalarlarından istifadə etdikdə ətrafdakılarda sizin hərarətinizin yüksəlməsi təəssüratı yarana bilər. Daha yaxşı olar ki, ənlik rəngi kimi yüngül çəhrayı və mərcan tonları seçilsin.

Toy makiyajında yol verilən nöqsanlar

Axıcı vasitələr

Toy emosiyalarla dolu bir gündür. Ən əsası da gəlin üçün. Dostlar, qohumlar, hətta bəyin özü belə gəlin üçün emosional surprizlər və ya çıxışlar hazırlaya bilər. Bu zaman "daşdan olan qəlblər" belə əriyə, gözlərdən yaş süzülər. Ona görə də tuş və sulu göz qələmi mütləq suya davamlı olmalıdır. 

Göy qurşağı

Narıncı, mavi, yaşıl və s. mövsümün hit rəngləridir. Gözəllik vasitələri ildən-ilə daha parlaq və cəsarətli olur. Amma toy günü bu tendensiya ilə gözüyumulu uyğunlaşmaq düzgün olmaz. Nəzərə alın ki, şəkillər sizinlə bir ömür yaşayır və bir neçə ildən sonra sizin rənglərə olan münasibətiniz dəyişə bilər. Yaxşı olar ki, bu gün bir neçə rəngi bir yerdə istifadə etməyəsiniz.

 

Toy makiyajında yol verilən nöqsanlar

 

 

Cəsarətli dodaqlar

Əgər siz tünd qırmızı və digər cəsarətli rəngli dodaq boyalarından istifadəni sevirsinizsə, toy günü yaxşı olar ki, neytral tonlara üstünlük verəsiniz. Bəzi tünd rəngli dodaq boyalarının piqmenti dişlərə ləkə salır. Nahaq yerə stomatoloqda dişlərinizi ağartmaq üçün vaxt və pul xərcləməmisiniz ki, toy şəkillərində pomada izi olan dişlərlə gülümsəyəsiniz. 

Həddindən artıq parıltı

"Gəlin xoşbətlikdən bərq vurur" ifadəsini hərfi mənada nümayiş etdirməyə ehtiyac yoxdur. Qadınlar çox vaxt diqqət mərkəzində olmaq üçün zərli kirşan və işığı əks etdirən losyonlardan istifadə edir. Bu, çox böyük bir səhvdir! Toy günü siz onsuz da qonaqların və kamera obyektinin diqqət mərkəzində olacaqsınız, sonradan yanan lampaya oxşamamaq üçün parıltılı vasitələrdən çəkinin. 

Toy makiyajında yol verilən nöqsanlar

Makiyajı sutkanın vaxtına görə müəyyən etməmək çox ciddi səhvdir. Mütəxəsislər birmənalı olaraq qeyd edirlər ki, əgər sizin toy mərasiminiz gündüz vaxtı olacaqsa, çətin və ağır makiyajdan istifadə etməyin. Yumşaq və təbii rənglərdən ibarət nisbətən vurğulanmış make-up gündüz mərasimi üçün idealdır. Bu zamanı istidən qırmızı ləkələrin əmələ gəlməsini önləmək üçün günəşdən müdafiə əsasdan istifadəni də unutmayın. Əgər söhbət gecə mərasimindən gedərsə, obrazı daha parlaq yaratmaq lazım olacaq. Bu zaman dərinin tonunu nisbətən artırmaq və parıltıdan istifadə etmək olar. Bir məqam da var ki, gəlinlik makiyajında smakey-eyes heç vaxt dəbdən düşmür.

27 iyul 2014
GO BACK