1. Qırışlarla mübarizədə tez-tez baldan istifadə edin.
2. Yatmazdan əvvəl saçlarınıza və kipriklərinizə gənəgərçək yağı çəkməyi unutmayın.
3. Saçınız tökülürsə, hər gün saç diblərinizi jojoba yağı ilə masaj edin.
4. Limon suyu ilə əllərinizi və dırnaqlarınızı masaj edin.
5. Əlinizə həftədə bir dəfə nişasta çəkin.
6. Bəzən dərinizə pudra əvəzi kraxmal da çəkə bilərsiniz.
7. Saçlarınız quru və solğundursa,günaşırı qara çay dəmləməsi ilə yuyun.
8. Bədəninizi kofe ilə pilinq etmək daha məqsədə uyğundur.
9. Dəriniz qurudursa, çaytikanı şirəsi ilə tez-tez silin. 1 stəkan suya 1,5 xörək qaşığı çaytikanı əlavə edib dəmləyin.
10. Saçınızda qırmızı ağac rəngi almaq istəyirsinizsə, saç boyanıza 3-4 qaşıq kakao əlavə edin.
11. Həssas dəri üçün hər gecə yatmazdan əvvəl jojoba yağının üzərinə az miqdarda su əlavə edib üz dərinizə çəkin.
12. Üz rəngini yaxşılaşdırmaq üçün duz və bal qarışığından hazırlanmış maskalar istifadə edin. Duz və bal qarışığı maska həm də cavanlaşdırıcı effektə malikdir.
13. Efir yağları, lavanda yağı və çayağacının təbii antiseptikləri sızanaqlarla mübarizədə güclü vasitələrdir.
14. Mineral su ilə paket çay dəmləyin və bir şəkər əlavə edin. Hər gün səhər və axşam bu qarışımla üz dərinizi silin. Bütün növ dəri üçün faydalıdır.
15. Mütəmadi olaraq nanəli çay içmək üz dərisini təravətləndirir.
16. Üz dərinizi dərindən təmizləmək üçün yumurta sarısı ilə limon suyunu qarışdırn.
17. Əllərinizin yumşaq olmasını istəyirsinizsə, hər gecə yatmazdan əvvəl sirkə və hər hansı bitki yağı qarışığından hazırlanmış maska çəkin.
18. Limon şirəsi və zeytun yağı üz və əl dərisinin təravətlənməsində böyük rol oynayır.
19. Hamiləlik zamanı qarın nahiyənizdə dəri dartılmaları zamanı dərinizdə çapıqların əmələ gəlməməsi üçün kakao yağını mütəmadi olaraq dərinizə çəkin.
20. Saçlarınızı möhkəmləndirmək üçün gicitkən dəmləməsi edib üzərinə az miqdarda spirt əlavə edin.