Qadin.NET / Evdə qaş necə boyanır?

Evdə qaş necə boyanır?

Evdə qaş necə boyanır?

Vəsaitlər

 Boya fırçası və ya kirpik üçün tuş

 Boya qoruyucu

 Qaş boyası

 Pambıq 

Tonik

 Boya ləkəsi təmizləyicisi

 Qaşınızı rəngləmədən əvvəl üzünüzdəki makiyaj və çirk təmizləməlidir. Üzünüzdə hər hansı bir qalıq olarsa, qaş boyası uzunömürlü olmaz və istədiyiniz nəticəni əldə edə bilməzsiniz.

 Qaşlarınızın rəngi saçlarınızın rəngi ilə uyğun olmalıdır. Əgər saçlarınız qaradırsa, qaşlarınızı ya qara və ya tünd qəhvəyi tonlarda boyamalısınız. Saçlarınız sarıdırsa, qaşlarınızı bir az açaraq yüngül kölgəli etməlisiniz.  

Evdə qaş necə boyanır?

 Boyanı hazırlayarkən boya qoruyucunu və qaş boyasını eyni anda qarışdırmalısınız. Çünki eyni anda qarışdırılmazsa, boyanın konsistensiyası xəmir kimi olmaz. Boya qarışdırıldığı anda qaşlara tətbiq olunmalıdır. 2-3 dəqiqə saxlansa, təsiri azalır.

Qaş boyasını qaşlara sürtərkən yaxşıca dairəvi hərəkətlərlə yedirin. Boya qaş diblərinə yaxşıca sürtülməlidir. 

Evdə qaş necə boyanır?

Qaşlarınızı boyaydıqdan 3 dəqiqə sonra boyanı silməyə başlayın. Pambıqla artıq boyanı silin. İstənən rəng əldə edilmədisə, qaş təkrar boyana bilər. 

Evdə qaş necə boyanır?

 Boyanın çox hissəsini pambıqla sildikdən sonra ləkə təmizləyicini pambığa damcıladıb təkrar təmizləyin.

 Qaş boyama əməliyyatı bitdikdən sonra artıq tükləri təmizləyin və aralarda olan qaş boşluqlarını qaş qələmi ilə doldurun.

9 iyun 2014
GO BACK