Qadin.NET / Limonlu duş

Limonlu duş

Dəriniz üçün canlandırıcı bir təsirə malik olan limon duşuna girməyə hazırsınız?O zaman diqqətlə oxuyun! 

 

 Altı ədəd limonu, qabıqları ilə birlikdə halqa şəklində dilimləyin. Dərin bir qaba soyuq su doldurun və içinə dilimlədiyiniz limonları atın. Limonların qabıqları yumşalana qədər, ən az bir-iki saat gözləyin. Müddət tamamlandıqdan sonra onları əlinizlə möhkəm sıxın və duş suyunun içinə əlavə edin.Hazırladığınız limon duşunun içində 20 dəqiqə qalmanız bəs olacaq. Bu xüsusi duş qan dövranınızı sürətləndirəcək və bədəninizdən gözəl qoxu gələcək.Limonun tərkibindəki turşular dəriyə eyni zamanda bərpaedici güc verəcək. Dirsək, diz və dabanlarınızda olan sərtlik yumşalacaq, hamar görünəcək.Bu dəri kobudluğunu aradan qaldırmaq üçün ayrıca limon maskası edə bilərsiniz.Maska belə hazırlanır:

Bir xörək qaşığı limon suyu ilə iki xörək qaşığı balı vam xodda yüngülcə isidin.Götürəndən sonra bir müddət soyumasını gözləyin. Hazırlanan qarışıq soyuduqdan sonra quruyan və çatlayan dərinin üzərinə sürtün.20 dəqiqə gözlədikdən sonra həmin yeri su ilə yuyun. Sonra təmizlədiyiniz bu bölgəni limon qabıqlarıyla ovuşdurun. Bu əməliyyatın sonunda dərinizin təzə görünüşü sizi belə çaşdıracaq. 


Limon həmçinin yağlı cildlər üçün ideal bir təmizləyicidir. Çünki limonun möhkəmləndirici bir təsiri vardır.Fürsətdən istifadə edib bir limonlu maska da nəzərinizə çatdırırıq.Bu maska üzdəki qara nöqtə və sızanaqlara qarşı ən ideal vasitədir. Bunun üçün 30 ml. limon suyunu 30 qr. bal və 200 ml. damcı halında suyla qarışdırın və bu qarışığı bir pəncərə şüşəsinin qarşısına qoyun. Hazırladığınız bu losyonu səhərlər və axşamlar bir pambığa batıraraq üzünüzə sürtün. Beləcə həm təmiz, həm də canlı bir dəriyə sahib olacaqsınız. Ancaq üzünüzə bu qarışığı sürtdükdən sonra ən azı iki saat günəşə çıxmamağa diqqət yetirin. Əks halda üzünüzdə ləkələr meydana gələ bilər.

8 fevral 2011
GO BACK