Qadin.NET / Üz təmizliyində edilən 10 səhv

Üz təmizliyində edilən 10 səhv

1. Dəri tipinə uyğun olmayan təmizləyici məhsullar dəridəki faydalı yağların azalmasına və hüceyrələrin yox olmasına səbəb olar. Çox yumşaq və sərt məhsullar dərini zədələyər və solğun görünməsinə səbəb olar. 

Üz təmizliyində edilən 10 səhv
2. Üzü tez-tez yumaq dərinin yağlanmasını sürətləndirər. Gündə iki dəfə üzünüzü yumaq kifayətdir. Makiyajlı deyilsinizsə və ya həddindən artıq tərləməmisinizsə, axşamlar yatmamışdan əvvəl yalnız lasyon ilə təmizləyə və ilıq su ilə üzünüzü durulaya bilərsiniz. Bunun sayəsində dəriniz rahat nəfəs alacaqdır. 
Üz təmizliyində edilən 10 səhv

3. Üzü isti su ilə yumaq dərinizin tarazlığını pozar və onu qurudar. Dəridə olan sebum üzünüzü isti su ilə yuduğunuz zaman quruluğa qarşı tədbir olaraq daha çox ifraz olunar və dəriniz daha asan yağlanmağa başlayar.

Üz təmizliyində edilən 10 səhv

4. Tez-tez pilinq etmək dəriyə faydadan çox zərər verər. Həftədə ən çox 2-3 dəfə pilinq etməlisiniz. Bu zaman barmaqlarınızdan istifadə etməyiniz təklif olunur.

 Üz təmizliyində edilən 10 səhv

5. Edilən ən böyük səhvlərdən biri də dərini sabunladıqdan sonra yaxşı durulamamaqdır. Dərinizi yaxşı durulamadığınız zaman məsamələriniz kimyəvi maddələrlə dolur. 

Üz təmizliyində edilən 10 səhv

6. Aldığınız üz təmizləyici və nəmləndirici məhsulların tərkibində rəngləndirici, ətir verici və sintetik qoruyucu (paraben) olmamasına diqqət edin. Ayrıca natrium, loril, sulfat kimi maddələr də dərinizi qıcıqlandıra və allergik reaksiyalara səbəb ola bilər. Yuduqdan sonra dəriniz qızarırsa, məhsulun tərkibini yaxşıca araşdırın.

Üz təmizliyində edilən 10 səhv

7. Üzünüzü qurulayarkən dəsmalla basaraq silməyin. Yavaş hərəkətlərlə nəmi almağa çalışın. Dəsmalı basaraq qurulayarkən dərinizin elastikliyinə zərər verdiyinizi unutmayın. Əlavə olaraq üzünüzü yuduqdan sonra istifadə edilmiş bir dəsmalla deyil, yeni yumşaq bir dəsmalla qurulamağa diqqət edin. Əks təqdirdə dəsmalın üzərindəki bakteriyalar təmiz üzünüzə hücum edəcək. 

Üz təmizliyində edilən 10 səhv

8. Nəmləndiriciləri üzünüz quruduqdan sonra deyil, bir az nəmliykən üzünüzə çəkin. Nəmli dəri nəmləndiriciləri daha asan əmir. Dəriniz tamamilə quruduqdan sonra nəmləndiricinin tərkibində olan bəzi maddələr daha yavaş əmildiyindən üzünüzdə yağlı bir hiss buraxa bilər.

Üz təmizliyində edilən 10 səhv

9. Fərqli məhsullar alıb bir dəfə istifadə etməklə möcüzə gözləməyin. Hər istifadə olunan məhsulun qarşılığını almaq müəyyən bir müddət tələb edir. Xüsusilə təbii tərkibli məhsullar seçin. Bir üz təmizləyicisi və bir nəmləndirici kifayətdir. 

Üz təmizliyində edilən 10 səhv

10. Dərinizi təmizləmək üçün istifadə etdiyiniz yağların təbii və keyfiyyətli olmasına diqqət edin. Keyfiyyətsiz yağlar dərinin quruluşunu poza bilər. Yüksək keyfiyyətli ərik, üzüm çəyirdəyi və ya badam yağını seçin. Yağı çəkib eləcə üzünüzdə saxlamayın. Masaj edərək yağı sürtdükdən sonra nəmli bir dəsmal və ya parça ilə artığını alın ki, məsamələriniz tıxanmasın.

2 may 2014
GO BACK