Qadin.NET / Epilyasiya üsulları

Epilyasiya üsulları

Arzuolunmaz tüklərdən birdəfəlik xilas olmağı kim istəməz ki? Epilyasiya üsulları bizlərə bunu vəd edir. Artıq kişilərin də tez-tez müraciət etdiyi epilyasiya tükün köklərini məhv edərək bir daha çıxmamasını təmin edir.

Epilyasiyanın iynəli və lazer olmaqla iki əsas üsulu var. Lazer epilyasiyası isə Aleksandrit lazer, NP lazer və diodlu lazer şəklində bölünür. Epilyasiya etmək fikrində olan hər bir şəxsi bu üsullar arasındakı fərqi maraqlandırır.
Bu da ağlınızdakı sualların cavabları
İynəli epilyasiya
İynəli epilyasiya lazer üsulundan daha köhnə bir üsuldur. Hər tükün kökünə iynələr batırılır və bu iynələrə verilən elektirik sayəsində köklər yox olur.
Generasiya müddətinin uzun və ağrılı olması ən böyük mənfi cəhətləridir. Həm də təmiz bir yerdə edilməyəndə infeksiya riski yüksəkdir. Bu səbəbdən indiki vaxtda lazer epilyasiyası daha çox seçilir.
Lazer epilyasiyası
Lazer epilyasiyası adından aydın olduğu kimi tük köklərinə verilən lazer şüaları ilə təsir edir. Verilən lazer şüaları tük köklərini məhv edir. Qısa müddətdə geniş sahələrə tətbiq oluna bilər, beləcə, zamana qənaət etməyə imkan verir. Dəriyə dəymədiyi üçün infeksiya ehtimalı yoxdur.
Epilasiya metodu seçilərkən tük və dəri tipi nəzərə alınmalıdır. Tük və dəri tipi fərqli olduqları üçün lazer epilyasının istifadəsi mümkünsüz olan kəslərdə iynəli epilyasiya tətbiq olunur.
Lazer epilyasiyasının növləri
Aleksandrit lazer epilyasiyası: Çox tünd olmayan dərinin rəngi və tünd rəngli tüklər üçün ən uyğun olan üsuldur. Ağrının ən az hiss edildiyi üsul olduğu üçün digər üsullar arasında ən çox istifadə olunanıdıdır.
Diodlu lazer epilyasiyası: Aleksandrit lazerə nisbətən daha çox dərinə enir. Üz, kürək və qol bölgələri üçün ən təsirli lazer üsuludur. Ən böyük üstünlüyü bütün dəri tiplərində rahatlıqla istifadə edilə bilməsidir.
NP lazer epilyasiya: Ən çox dərinə enə bilən epilyasiya üsuludur. Bu səbəblə ən ağrılı olan lazer üsuludur. Lakin əsmər, hətta zənci insanlar üçün ən uyğun olanıdır.
25 mart 2014
GO BACK