Dodaq boyasından necə istifadə edilməlidir?
Dodaq boyası fırça vasitəsi ilə incə çəkilərsə, dodaqlar daha dolğun və təbii görünər. Hansı rəngdə dodaq boyası vurursunuzsa, həmin rəngdə olan dodaq qələmindən istifadə etməlisiniz. Əvvəl alt dodaqdan başlayaraq haşiyələnməlidir. Qələm rəngi dodaq boyası ilə eyni rəngdə olmalıdır. Əgər dodaq boyası rəngində qələminiz yoxdursa, istədiyiniz rəngdən də istifadə edə bilərsiniz. Bundan başqa, əgər dodaq boyasını çəkərkən kənara çıxsanız, pambıq çöpləri ilə silin. Dodaq boyasının rəngi göz makiyajının rəngi ilə uyğun olmalıdır. Boya çəkərkən alt dodaqdan başlamalısınız. İstəyə gorə bir az parladıcı vura bilərsiniz.
Dodaq boyasının rəngi necə seçilməlidir?
Əgər göz makiyajınız çoxdursa, dodaqları diqqətdən kənarlaşdırmaq üçün mat rənglərdən istifadə edilməlidir. Artıq geyim rənginə görə dodaq boyası çəkmək əvəzinə,onu dırnaq boyası ilə uyğunlaşdırmalısınız. Buna baxmayaraq, yenə də geyiminizə uyğun olmasını istəyirsinizsə, geyim rənginizdən açıq və ya tünd tonlardan istifadə edə bilərsiniz. Dodaq boyasının uzunmüddətli qalmasını istəyirsinizsə, dodaqlarınızı dodaq qələmi ilə bir qədər rəngləyin, bir qat kirşan vurduqdan sonra dodaq boyasını vura bilərsiniz.
Uzunmüddətli dodaq boyası
Mat dodaq boyasının tərkibində kirşan olduğu üçün uzun müddət dodaqlarda qala bilir. Ancaq dodaqlar gün boyunca havasız qalacağı üçün ya boyanı çəkzmədən əvvəl, ya da təmizlədikdən sonra dodaq balzamından istifadə edilməlidir. Əks təqdirdə dodaqlarınız çatlayacaq və çox pis görünəcək. Qədərindən artıq istifadə etməsəniz daha yaxşıdır. Dodaqlarınızda çatlaq varsa, qətiyyən mat dodaq boyalarından istifadə etməməlisiniz.
Kremli dodaq boyası daha asan çəkilməklə yanaşı, daha parlaq görünüş verir. Parlaq dodaq boyası isə tərkibində olan parlaq kiristala görə dodaqları daha dolğun göstərir. Bu, daha çox gənc qızların üstünlük verdiyi dodaq boyasıdır. Parladıcılar isə istəyə görə dodağa və ya dodaq boyasının üzərinə vurula bilər. Palitra şəklində dodaq boyaları çox istifadəli dodaq boyalarıdır və krem-ənlik, göz kölgəsi və dodaq boyası dəstləri vardır. Yəni dodaq boyasından göz kölgəsi və ənlik kimi də istifadə edə bilərsiniz.