Hər yaşın ayrı bir gözəlliyi olduğu kimi, ayrı da ehtiyacları vardır. Dərinizə hansı yaşda necə qulluq etməli olduğunuzu bilsəniz, sonrakı yaşlarda da möcüzəvi dəriyə sahib ola bilərsiniz.
20-30 yaş arası
Dərinizin nəmli qalmasını təmin edəcək krem seçin. Yeni məhsulların bəzilərinin tərkibində yığılmanın qarşısını alan maddələr var. Bu maddələr qırışların diqqətəçarpan hala gəlməsini gecikdirir. Ağır kosmetikalar əvəzinə, üzərində gənclərə uyğun olduğu göstərilmiş kremləri seçin. Yaşınızın tələbiylə dəriniz, xüsusilə epidermisin altındakı ikinci təbəqə daha tez zərər görə bilər. Siqaret və qazlı içkilərdən uzaq olun.
30-40 yaş arası
Hüceyrə funksiyasını təmin edən kremlərdən istifadə etməlisiniz. Bu, dərinizi A vitamini ilə təmin edər və ona daha parlaq və elastik görünüş qazandırar. Görünüşünüz sizi həqiqətən narahat edirsə, həkimlə botoks etdirmək barədə məsləhətləşin. Günəşin aktiv olduğu vaxtlarda əsla uzun müddət çöldə qalmayın.
40-50 yaş arası
A, C, E vitaminləri ilə zəngin olan kremlərdən istifadə etməlisiniz. Melanin səviyyəsini sabit saxlayan məhsullar seçilməlidir. Yağ və şəkərə uzaq, meyvə və tərəvəzlərə yaxın olmalısınız. Gecə çox gec saatlarda yatmamağa diqqət yetirin. Mümkünsə, günorta saatlarında da özünüzə istirahət üçün vaxt ayırın.
50-60 yaş arası
Hüceyrə səviyyəsində qidalandıran və nəm balansını sabit saxlayan kremlər seçməlisiniz. Yağ əsaslı məhsullardan istifadə etməyin zamanı gəldi. İstifadə etdiyiniz kremlərin təsirinin daha uzun olması də şərtdir. Kremin gücünü artıracaq zərdablardan faydalanın. Çəkinizi sabit saxlamağa diqqət edin. Gündə 1,5-2 litr su içmək faydalıdır.