Qadin.NET / Ən yaxşı 10 əl kremi

Ən yaxşı 10 əl kremi

Ən yaxşı 10 əl kremi

Caudalie Hand And Nail Cream

İçində olan antioksidant, polifenollar və dərini dəstəkləyən şi yağıyla əllərə keyfiyyətli qulluq tətbiq edə biləcəyiniz əl kremidir. Gözəl qoxusu ilə yanaşı, tərkibində paraben və mineral yağ olmadığı üçün təbii məhsullardan seçim edənlər üçün Caudalie əl kremini tövsiyə edirəm.

 Ən yaxşı 10 əl kremi

Burt's Bees Beeswax & Banana Hand Creme

Kremin içindəki E vitamini, bal mumu və aloe vera nəmi əllərə gözəl qulluq edir. Tropik banan qoxusu çöldə buz kimi hava olduğunu unutdurur və bizi tropik diyarlara aparır.

Ən yaxşı 10 əl kremi

 Neutrogena Norwegian Formula Hand Cream

Uyğun ölçüsü və sıx formulu ilə çantaya atıb hər yerdə istifadə edə biləcəyiniz məhsuldur. Quru dirsək və dizlərə də çəkə bilərsiniz.

Ən yaxşı 10 əl kremi

 L'Occitane Shea Butter Hand Cream

Ən quru əlləri belə nəmləndirib qulluq edən bu əl kremi ilk istifadə zamanı ağırlıq hissi versə də, dəriyə dərhal hopması və əllərimizi yumşaq etməsiylə könlümüzü fəth edir.

Ən yaxşı 10 əl kremi

 Clinique Deep Comfort Hand and Cuticle Cream

Yalnız əllərə deyil, qorumanı təmin edən dərin baxım kremi, 12 saat boyu məxməri bir toxunuşla dərinin nəm baryerini dəstəkləyir və xarici faktorlardan qoruyur.

Ən yaxşı 10 əl kremi

 Estée Lauder Re-Nutriv Intensive Smoothing Hand Crème

Dərinin elastikliyini artırmaqla yanaşı, əldəki tünd ləkələri və qırışları da azaldır. Əllər yuyulduqdan sonra belə krem dərinin nəm tarazlığını qorumağa davam edir.

Ən yaxşı 10 əl kremi

 Elizabeth Arden Eight Hour Intensive Moisturizing Hand Treatment

Çox suya girib çıxan, ziyan görmüş və nəmsiz qalan əllər üçün ideal olan bir məhsuldur. Gel quruluşlu krem dərhal əmilir və bütün gün dərini yumşaq edir.

Ən yaxşı 10 əl kremi

 The Body Shop Hemp Hand Protector

Bitki yağları ilə zəngin olan krem​​ xüsusilə qışın şaxtalı günlərində əlləri qoruyur və qulluq edir.

Ən yaxşı 10 əl kremi

BLISS High Intensity Hand Cream

Antioksidantla zəngin olan krem dərinin səthini ipək kimi yumşaq edir və itirdiyi nəmi geri qazandırır.

Weleda Sea Buckthorn Hand Cream

Orqanik məhsulları sevirsinizsə, bu əl kremi əsil sizin üçündür. Dərini qoruyan vitaminlər, dəri quruluşunu dəstəkləyən orqanik yağ və bitki ekstraktları əllərə möhtəşəm qulluq tətbiq edir. Gecə əllərə bolluca çəkib əlcək taxaraq gecə boyu əllərə qulluq maskası edə bilərsiniz.

12 fevral 2014
GO BACK