Qadin.NET / Gözəllik məsləhətləri

Gözəllik məsləhətləri

Gözəllik məsləhətləri
Parıltılı və sağlam saçlar 
Gözəl saçların ən əhəmiyyətli ehtiyacı qulluq, qulluq və təkrarən qulluqdur. Əgər saç telləriniz incədirsə, keyfiyyətsiz və ucuz məhsullardan uzaq olmağa diqqət etməlisiniz
Bizim məsləhətimiz həftədə bir dəfə ən azı bir saat qalın bir dəsmalla bağlayaraq təsirini göstərməsini gözləyəcəyiniz saç baxımıdır. Çiyin xəttində, ya da daha uzun saçlara sahibsinizsə, tez-tez təkrarlayacağınız əlavə qulluqla da saç uclarının qırılmasına mane ola bilərsiniz. 
Hamar və gərgin dəri 
20 yaşdan sonra dərinin elastikliyi azalmağa başlayır. Dəriyə əsas qulluq da məhz bu yaşlarda önə çıxır. Bu yaşda bir çox qadının dərisində həssaslıq, yağlanma və qara nöqtələrin görüldüyü yaşlardır. 
Hormonların, stresin, ya da səhv qidalanmanın təsirilə ortaya çıxan bu problem istifadə olunan zəngin tərkibli anti-aging kremləriylə daha da artır. Buna görə də dəri mütəxəssisləri dərinin birdən çox problemini aradan qaldıran xüsusi yüksək texnologiyalı məhsullar təklif edir. 
Bizim məsləhətimiz də dərinizə həftədə bir dəfə piling tətbiq etməyinizdir. Beləliklə, dərini səthdə yığılan ölü dəri hüceyrələrindən təmizləyərək, parıltılı bir görünüş qazanmasına köməkçi ola bilərsiniz. 
Gözəllik məsləhətləri
Dolğun və baxımlı dodaqlar 
Sahib olduğunuz dodaq forması qulluqla mükəmməl görünüş qazana bilər. Burada əhəmiyyətli olan məsələ dodaqların xüsusilə qış mövsümündə mümkün olduğu qədər nəmləndirilməsidir. Buna görə çantanızda hər zaman baxım edən bir dodaq balzamının olmasında fayda var. 
Amma diqqət! Bəzi məhsullar mineral yağlar tərkibli olduğundan dodaqları qurudaraq faydadan çox zərər gətirə bilər. Satın aldığınız məhsulun tərkibində mütləq bitki mənşəli yağlar olub-olmadığına nəzarət edin. 
Tarım boyun, seksual dekolte 
Boyun bölgəsi və dekolte hissəsi qadının yaşını ələ verən bədəndəki ən həssas bölgələrdir. Təbiətin sizə təqdim etdiyi zamanı yaxşı qiymətləndirməli və bu bölgələri hər gün nizamlı olaraq kremləməlisiniz. Həftədə bir dəfə də boyun və dekolte bölgəsinə qulluq etmək faydalıdır. 
Normal dəri kremi də boyun və dekolte hissəsində rahatlıqla istifadə edilə bilər. Kremi çəkdikdən sonra boyun bölgənizdə yüngül nəmli ilıq bir dəsmalı 15 dəqiqə saxlayın. Daha sonra kremi silmək yerinə dərinizə masajla yaxşıca yedirin. 
Gözəllik məsləhətləri
Hamar, möhkəm qollar 
Cazibədar və möhkəm qollara sahib olmağın təməlində nizamlı əzələ hərəkətləri yatır. Üstəlik, bu inanılmaz təsirli məşqlər üçün çox zamana da ehtiyac yoxdur, yalnız 10 dəqiqə kifayətdir. Yerdə oturun, qollarınızla dirsəklərinizdən bədəninizi dəstəkləyin. 15 dəfə yerə yatın və qalxın.
Yalnız qol məşqləri kifayət deyil, dərinizə də nizamlı olaraq qulluq etmək əhəmiyyətlidir. Ən yaxşısı duşa girməzdən əvvəl bu bölgələri hər gün masaj əlcəyi ilə ovuşdurmaq, arxasından nəmləndirici kremlə masaj etməkdir. 
Gözəl ayaqlar 
Ayaqlarınız yumşaq olmalıdır, bunun əsas sirri isə qüsursuz qulluqdur. Nizamlı olaraq kremlənən ayaqlarda döyənəyin əmələ gəlməsinin heç bir şansı yoxdur. Bunun üçün əvvəlcə əmələ gəlmiş döyənəklərdən xilas olmaq lazımdır. Bunun ən asan yolu süngər daşıdır, ancaq bunu edərkən diqqət etməli olduğunuz ən əhəmiyyətli nöqtə daşdan həddindən artıq istifadə etməməkdir. İkinci addım isə həftədə bir dəfə edəcəyiniz ayaq hamamıdır. Sonra qalın yun corablarınızı geyinməyi və çəkdiyiniz kremin təsirini göstərməsini gözləməyi unutmayın. 
Gözəllik məsləhətləri
Möhkəm və sellülitsiz ombalar 
Ayaq və omba bölgəsi qadınların ən problemli bölgələridir. Bu bölgələr portağal qabığı görünüşünün əmələ gəlməsi və elastiklik itkisi baxımından böyük risk daşıyır. Yağlar ən çox burada yığılır, çünki bağ toxuması başqa heç bir yerdə olmadığı qədər zəifdir. 
Amma bir neçə kiçik məşqlə hər iki bölgəni də formaya salmaq mümkündür. Xüsusi anti-sellülit fırçalarıyla nizamlı olaraq etdiyiniz masaj və dərhal ardından istifadə edəcəyiniz kremlərdən başqa anti-sellülit corabları və kofein tərkibli mikro-kapsullar dərini hamarlaşdırır. 
Yumşaq əllər, gözəl dırnaqlar 
Əllərimizin  mükəmməl görünməsi lazımdır. Təbii ki, bunun heç də asan olmadığını söyləmək lazımdır. Çünki əllərimiz soyuqla və təmizlik məhsullarıyla hər gün birbaşa olaraq təmas halındadır. Onları mənfi xarici faktorlardan qorumanın ən yaxşı yollarından biri tez-tez kremləməkdir. Xüsusilə də əllərimizi yuduqdan dərhal sonra.
Buna görə də yüngül əl və dırnaq krem, dəri tərəfindən dərhal sovrulduğu və arxasında qalın bir yağ təbəqəsi saxlamadığı üçün nizamlı olaraq istifadə edilməlidir. Yatmazdan öncə əllərinizə nəmləndirici krem sürtün, incə bir əlcək geyin və bütün bir gecə təsirini göstərməsi üçün belə yatın. 
Dırnaqlarınızın gözəl və baxımlı görünməsi üçün hər üç gündən bir, bir damcı dırnaq yağıyla masaj edin. Əgər dırnaq boyasından istifadə etməyi sevirsinizsə, dörd gün sonra boyanı dəyişdirməyə laqeyd yanaşmayın. Əgər dırnaq boyası dırnaqlarda uzun müddət qalsa, dırnaqlar oksigenlə təmin edilmir və bu da dırnaqların saralmasına səbəb olur.
27 yanvar 2014
GO BACK