Qadin.NET / Baxımlı olmaq çətin deyil

Baxımlı olmaq çətin deyil

Baxımlı olmaq çətin deyil
Necə deyiblər? "Çirkin qadın yoxdur, baxımsız qadın vardır." Həqiqətən də elədir, özünə baxmağı bilən xanımlar hər zaman, hər yerdə hörmətli olurlar. Hədsiz makiaj edən, ağır ətirlərdən istifadə edən, tör-töküntü geyinən xanımlar da az deyil. Bu arada yaraşıqlı kişilər özünə baxan qadınları çoz əzizləyir, sevir, qədrini bilirlər. Bizdən deməkdir. Budur, sizə kiçik məsləhətlərimiz var. 

Baxımlı və gözəl olmağın sirləri

Hər səhər evdən çıxmazdan öncə mütləq duş qəbul edin. Həftədə bir dəfə saçınıza salonda yaxşı maskalarla qulluq etdirin. Hər yerdə asanlıqla tapa biləcəyiniz ləvazimatlarla özünüz də evdə maska hazırlayıb, saçınıza vura bilərsiniz. Çantanızda mütləq bir əl kremi olsun. Çatlamış əllər və dodaqlar pis bir görüntü yaradır. Dırnaqlarınız uzun olmasa da, manikürlü olsun.

Ətirinizi yanınızdan ayırmayın. Təmiz vücudunuza vurduğunuz ətir həm gözəl ətirlənməyinizi, həm də özünüzü yaxşı hiss etmənizi təmin edəcək. Nə qədər tələssəniz də ütüsüz, qırışıq geyimlərlə çölə çıxmayın. Saçlarınıza fen çəkməyə vaxtınız yoxdursa, saçınızı toplayın. Baxımlı olmaq üçün dolabın geyimlərlə dolu olmasına ehtiyac yoxdur. Sadəcə, geyimlərinizin bir-biriylə uyğun olmasına diqqət edin.  

Baxımlı olmaq çətin deyil

Artıq çəki almaqdan çəkinin. Gözəl də geyinsəniz, baxımlı da olsanız, artıq çəki tərzinizi göstərməyə imkan verməyəcək. Dietoloqlara görə, az, amma tez-tez yemək çəki almamağın ilk şərtidir. Buna riayət etdikdən sonra özünüzdə hər gün incəlmə hiss edəcəksiniz. 

Heç vaxt açıq rəngli corab geyinməyin. Nazik corab geyinmək məcburiyyətindəsinizsə, mütləq çantanızda kapron corab olsun. Gündüz makiyajı üçün incə bir dodaq boyası və göz qələmi yetərli olacaqdır. Ən əsası gecə-gündüz makiyajını biri-birindən ayırın. Əgər salona gedə bilmirsinizsə, saçlarınıza özünüz də şəkil verə bilərsiniz. Bir çox yerdə tapa biləcəyiniz dəyişik saç fırçaları, fen və bir az spreyin köməyi ilə saçlarınızı qurudarkən istədiyiniz formaya sala bilərsiniz.                     

Baxımlı olmaq çətin deyil

Baxımlı insanlar cəmiyyət arasında özlərini göstərər və adətən bir ulduz kimi parlayarlar. Hətta belə bir ifadə vardır: "Çox gözəl deyil, amma cazibədardır", ya da "Həqiqətən gözəl üzü var, amma cazibədar deyil". Burda ortaya çıxan fakt baxımlı olmaqdır. İnsanların özlərinə baxmaqları üçün aktrisa, ya da maneken olmaq vacib deyil. Bütün insanların özlərinə məxsus gözəlliyi vardır. Bunu ortaya çıxardıb xoş, baxımlı və cazibədar olmaq insanın öz əlindədir.

24 mart 2016
GO BACK