Qadin.NET / Qadınlığınızı ön plana çıxarın!

Qadınlığınızı ön plana çıxarın!

Münasibətlərin ilk dövrlərini geridə buraxıb, uzun müddət birlikdə olduğunuz zaman "Sevgilim (və ya yoldaşım) artıq məni cazibədar görmür" fikrinə qapıla bilərsiniz. Bunun səbəbi özünüzə əvvəlki qədər yaxşı baxmamağınız ola bilər. Əgər sevgilinizin və ya yoldaşınızın artıq sizi cazibədar görmədiyini düşünürsünüzsə, yalnız bir neçə əməllə köhnə günlərinizə geri dönə bilərsiniz.

Qadınlığınızı ön plana çıxarın!

Saçınızdan istifadə edin

Kişilər gözəl saçlardan təsirlənirlər. Buna görə saçınızın baxımlı və xoş göründüyünə əmin olun. Saçınızı üz xətlərinizi ortaya çıxaracaq və sizi seksual göstərəcək modeldə kəsdirin. Eyni zamanda saçınıza yüngül bir qoxu vursanız, saçınız hər dalğalandıqda bu, sevgilinizin və yoldaşınızın xoşuna gələcək.

Qadınlığınızı ön plana çıxarın!

Yumşaq əllər

Kişilər təbii əllərdən xoşlanarlar. Buna görə taxma dırnaqlardan və tünd rəngli dırnaq boyasından uzaq durun. Dırnaqlarınızın boyaları normal bir səviyyədə və bərabər olsun. Qırmızı və ya ağ kimi klassik rənglərdən çox uzaqlaşmayın. Eyni zamanda kremdən istifadə etməyə diqqət yetirin. Kişilər yumşaq əlləri tutmaqdan xoşlanarlar.

Qadınlığınızı ön plana çıxarın!

Dekoltenizdən istifadə edin

Qadınların ən böyük silahlarından biri sinələridir. İfrata varmadan geyəcəyiniz geyimdəki sinə dekoltesi yoldaşınızın düşüncələrini qaytaracaqdır. Döşlərinizin kiçik və ya formasız olduğunu düşünə bilərsiniz, ancaq doğru seçilmiş alt paltarı ilə gözəl görünüş əldə edəcəksiniz. Əgər döşlərinizin yumru görünməsini istəyirsinizsə, böyük fırçanın köməyilə bürünc rəngdə olan toz pudranı döşlərinizin arasına çəkə bilərsiniz. Unutmayın ki, müəyyən qədər gizlədilmiş sinə tamamilə açıq olan paltarlardan daha cazibədardır.

Qadınlığınızı ön plana çıxarın!

Dodaqlarınızı ön plana çıxarın

Üzünüzün ən diqqətəçarpan yeri dodaqlarınızdır. Qırmızı tonlardakı dodaq boyaları ilə dodaqlarınızı daha cazibədar göstərə bilərsiniz. Əhəmiyyətli olan bədəninizə uyğun olan qırmızı tonu tapmaqdır. Doğru tonu tapdıqda sevgilinizi və ya yoladaşınızı çaşdırın və qırmızı dodaq boyasının cazibəsinə qapılmasına icazə verin. Dodaq boyasını çəkdikdən sonra parladıcıdan istifadə etməyi unutmayın. Dodaq boyasından istifadə etmirsinizsə, yüngülcə və diqqətlə tətbiq olunmuş parladıcı dodaqlarınızı daha da dolğun göstərəcək. Bitki mənşəli formullarla öz dodaq boyanızı özünüz hazırlayaraq daha dolğun dodaqlara sahib ola bilərsiniz.

Bitki mənşəli dodaq boyası üçün vəsaitlər

1 yemək qaşığı bal mumu - yoxdursa vazelin (əridə bilmək üçün altında qaynar su dolu qab olmalıdır);
1 çay qaşığı qliserin
1 çay qaşığı qara bibər yağı
1 çay qaşığı Aloevera yağı
1 çay qaşığı qırmızı qida boyası
1 çay qaşığı vanil.
Hazırlanması:
Bütün vəsaitləri qarışdırın və dodağınıza çəkin. Hazırladığınız qarışığı bitənə qədər saxlaya bilərsiniz.

25 mart 2016
GO BACK