Hər bir xanım gözəl görünmək istəyir, bu gözəlliyə bir az da rəng qatan kosmetik məhsullardır. Bəzən bizi nə qədər gözəlləşdirsə də makiyaj və gözəllik vasitələrinin zərərlərindən bir o qədər də xəbərsiz oluruq. Əgər gözəliyinizin keçici olmasını istəmirsinizsə, ona ola bildiyinizdən də diqqətli və incə davranmanız gərəkdir. Yanlış istifadə səbəbindən həm sağlamlığınız zərər görər, həm də xarici görünüşünüz diqqətə çarpacaq qədər korlana bilər. Tərkibi müxtəlif təbii və eyni zaman kimyəvi maddələrlə zəngin olan kosmetik vasitələrdən bu qədər çox istifadə etməyin xeyri və zərəri nədir, özünüz aydınlaşdıracaqsınız.
Bir sıra edilən araşdırmalara görə kosmetik məhsullar istifadə edən bir qadının bədəni hər gün 515 kimyəvi maddəyə məruz qalır. Bu kimyəvi maddələr allergiyadan tutmuş, hormon pozulmasına, xərçəng xəstəliyinə kimi gətirib çıxara bilir.
Şampun
Tərkibindəki kimyəvi maddələrin sayı: 15
Ən təhlükəliləri: Sodium lauril sulfat, tetrasodium, propilen qlikol
Ola biləcək əks təsirləri: allergiya, qaşınma.
Göz kölgəsi
Tərkibindəki kimyəvi maddələrin sayı: 26
Ən təhlükəliləri: Polietilen tereftalat
Ola biləcək əks təsirləri: Xərçəng xəstəliyi, sonsuzluq, hormonal pozulma, orqanların sıradan çıxması.
Dodaq boyası
Tərkibindəki kimyəvi maddələrin sayı: 33
Ən təhlükəlisi: Polimetilmetakrilat
Ola biləcək əks təsirləri: Allergiya, xərçəng xəstəliyi.
Dırnaq boyası
Tərkibindəki kimyəvi maddələrin sayı: 31
Ən təhlükəliləri: Ftalat
Ola biləcək əks təsirləri: Təbii doğuşu azalda bilir, hamiləlik vaxtı uşağa təsir edə bilir.
Parfüm
Tərkibindəki kimyəvi maddələrin sayı: 250
Ən təhlükəliləri: Benzaldehit
Ola biləcək əks təsirləri: Ağız, boğaz və gözlərdə qıcıqlanma, mədə bulanması, böyrək problemləri.
Bronzlaşdırıcı krem
Tərkibindəki kimyəvi maddələrin sayı: 22
Ən təhlükəliləri: Etil-metil paraben, propil paraben
Ola biləcək əks təsirləri: Dərinin səpməsi, qıcıqlanma, hormonal pozğunluq.
Saç spreyi
Tərkibindəki kimyəvi maddələrin sayı: 11
Ən təhlükəliləri: Oktinoksat, isophthalate
Ola biləcək əks təsirləri: Allergiya, gözlər, burunda qıcıqlanma, hüceyrələrdə pozulma.
Ənlik
Tərkibindəki kimyəvi maddələrin sayı: 16
Ən təhlükəliləri: Etil paraben, metil paraben, propil paraben
Ola biləcək əks təsirləri: Dəridə səpki, qıcıqlanma, hormonal pozulma.
Tonal krem
Tərkibindəki kimyəvi maddələrin sayı: 24
Ən təhlükəliləri: Polimetil metakrilat
Ola biləcək əks təsirləri: Allergiya, xərçəng xəstəliyi.
Dezodorant
Tərkibindəki kimyəvi maddələrin sayı: 15
Ən təhlükəliləri: İzopropil, myristat
Ola biləcək əks təsirləri: Cilddə və ağciyərlərdə qıcıqlanma, baş ağrısı, tənəffüs problemləri.
Bədən losyonu
Tərkibindəki kimyəvi maddələrin sayı: 32
Ən təhlükəliləri: Etil paraben, metil paraben, propil paraben, polietilen glikol
Ola biləcək əks təsirləri: Dəridə səpmə, qıcıqlanma, hormonal pozulma.