Qadin.NET / Uzun kirpiklərə necə sahib olmalı?

Uzun kirpiklərə necə sahib olmalı?

Uzun kirpiklərə necə sahib olmalı?

Uzun və iddialı kirpiklərə sahib olmaq istəyirsiniz, ancaq taxma kirpik istifadə etməkdən xoşunuz gəlmirsə, təbii kirpik uzatma üsulları ilə bağlı bir sıra məsləhətlərimizi oxuya bilərsiniz. 
Kirpikləri uzatmaq üçün sizə verəcəyimiz tövsiyələri nəzərə alaraq düzgün qaydada etsəniz, gözlə görülə biləcək nəticə əldə edəcəyinizə əmin ola bilərsiniz.

Uzun kirpiklərə necə sahib olmalı?

Üzdəki hər tük hüceyrəsində olduğu kimi kirpiklər də təbii yağlar tərəfindən qidalana bilirlər. Kirpiklər üçün ən faydalı yağlar isə badam və zeytun yağlarıdır. Xüsusilə də sızma zeytun yağı kirpikləri uzatmaqla yanaşı, kirpiklərə dolğunluq və parlaqlıq verir.

Kirpikləri uzatmaq üçün sizə ilk məsləhətimiz budur ki, bir tuş qutusunun içinə üç damcıdan çox olmamaq şərtiylə badam yağı və istədiyiniz miqdarda zeytun yağı əlavə edin.

Hər nə qədər saç baxımı üçün istifadə edilsələr də hind yağı kimi çeşidli yağlar göz ətrafına yaxın olan kirpiklərdə istifadə edilərkən yanma və allergiya kimi problemlər yarada bilər. Xüsusi olaraq zeytun yağı üçün isə belə bir zərər gözə çarpmır. Üstəlik, bu yağı bitmək üzrə olan bir tuşa əlavə etsəniz, istifadə mərhələsini uzadaraq büdcənizə qənaət etmiş olarsınız. 

Uzun kirpiklərə necə sahib olmalı?

Kirpik uzatmaq elə saç uzatmaq qədər qayğı və diqqət istəyən bir işdir. Bundan başqa, gözə yaxın olduğu üçün daha çox həssas olan kirpiklərə qulluq edərkən diqqətli olmaq lazımdır. Kirpik baxımı üçün normal makiyajınızı edərkən içinə zeytun yağı damızdırılmış tuşunuzu istifadə etməyiniz və həftədə bir dəfə kirpiklərinizə barmağınızla zeytun yağı yeridib mümkün olduğu qədər uzun müddət saxlamağınız yetərli olacaq.

Bundan başqa, sağlam qidalanma orqanizmin hər yerinə olduğu kimi kirpiklərə də sağlamlıq bəxş edir. Bu səbəbdən yaxşı görünüş üçün hər şeydən öncə yaxşı qidalanmağınız və yetəri qədər vitaminli qidalar yeməyə diqqət göstərməyiniz məsləhətdir.  

24 fevral 2016
GO BACK