Doğru vərdişlərlə həm dərinizi qoruya, həm də gözəlliyinizin itməsinə mane ola bilərsiniz.
Dərinizi yumşaldın
Oyandıqdan sonra aldığınız duş əsnasında ölü hüceyrələrdən qurtulmaq üçün əvvəlcə kisədən, sonra isə duş gelindən istifadə edin. Duşda çox qalmayın, çalışın işinizi tez bitirəsiniz. Duşdan çıxdıqdan sonra isə dəsmalla dərinizi kobud şəkildə qurulamayın, zərif hərəkətlərlə qurulansanız daha yaxşı olar. Daha sonra ən sevdiyiniz dəri kremindən istifadə edin. Kremi fenlə öncədən isidin, sonra isə cildinizi nəmləndirin. Ayrıca bir stəkan su içməyi də unutmayın. Daxilinizi nə qədər çox nəmləndirsəniz, xaricdən də o qədər gözəl və parlaq görünərsiniz.
Gözəl görünməyin sirri
Üzünüzün bütünlüklə parıldamasının sırrı doğru kremin istifadəsindən asılıdır. Üzünüzdəki bəzi qüsurları bu kremlər vasitəsilə gizlədə bilərsiniz. Gözlərinizdəki tünd halqaları gizlətmək üçün gözünüzün iç və xarici künclərinə, burun dəliklərinizin xarici künclərinə (qırmızılıqları örtmək üçün) və dodaqlarınızın kənarlarına (dərin xətlərini örtmək üçün) lazımlı kremləri tətbiq edin. Sonra isə açıq rəngli tonal kremlə dərinizin rəngini tarazlayın və hamar bir görünüşə sahib olun.
Təcili vəziyyətlərdə hazır olun
Özünüzə "ehtiyacım olanlar" çantası hazırlayın və içinə mütləq həmişə yanınızda olması lazım olan 3 şeyi (dodaq parladıcısı, kirpik üçün tuş, nəmləndirici, fırça və s.) qoyun. İş yerinizdə hər zaman lazımlı şeyləri qoymaq üçün bir yer seçin.
Daha gözəl saçlara sahib olmaq istəyirsinizsə, aşağıdakı 3 qaydanı oxuyun.
1-ci qayda: Əsla saçınız nəm halda yatmayın. Bu, saç qırılmaları riskini artırır.
2-ci qayda: Yatmazdan əvvəl saçlarınızı darayın və fırçanızı təmizləyin. Fırçanızı həftədə 1 dəfə sabunlu suda yuyun.
3-cü qayda: Səhərlər saçınızın qabarmasının qarşısını almaq üçün fırçaya, ya da saçınıza bir neçə damla qabarma (şişirtmə) əleyhinə maddə vuraraq darayın.
Qaşlarınızı da düzəltmək yadınızdan çıxmasın.
Düzgün və doğru bir şəkildə alınmış qaşlar gözəl görünməyiniz üçün çox əhəmiyyətlidir. Qaşlarınızdakı artıq tükləri nizamlı bir şəkildə
alın. Qaşlarınızın aralarında boşluqlar varsa, onları dərininizin rəng tonlarına uyğun bir göz kölgəsi ilə doldura bilərsiniz.
Daxili gözəlliyiniz üzünüzə vursun
Bütün gün boyunca qamətinizi düz tutun. Çiyinlərinizi geri verin, dik durun. Müsbət düşünün və dik yeriyin. İnsanlara baxarkən ən xoşbəxt şəkildə gülümsəyin və dümağ dişlərinizi göstərməkdən çəkinməyin.
Yuyunun
Nə qədər yorğun olursanız-olun, yatmazdan əvvəl mütləq makiyajınızı yuyun və üzünüzü nəmləndirin.