Qadin.NET / Saçlarınızın qeydinə qalın

Saçlarınızın qeydinə qalın

Saçlarınızın qeydinə qalın
Qış aylarında sərt küləklərin təsiri, saçın nəmlik tarazlığını pozur və qurumağa səbəb olur. Qışda duşdan sonra saçların fenlə qurudulması, saçın zəifləməsinə səbəb olan əsas səbəblərdəndir. Məhz buna görə saçlar ən çox yaz mövsümünü sevər. Çünki öz halında qurumağa buraxılan saçlarda zəifləmə, cansızlaşma, qırılma və yanma riskləri olmaz.
Köhnələn saçlarınızın uclarından ən az bir santimetr kəsdirin. Beləcə saçların köhnəlmiş və ölü uclarından canınız qurtarar, saçlarınız sağlam uzanar.
Saçların qayğısına qalmağın yollarından biri saçları canlandıracaq və nəmləndirəcək maska etməkdir. Bu əməliyyat professional yolla edilməlidir.
- Saç boyası, rəng açıcılar, jele, köpük, sprey kimi kosmetik məhsulların şüursuz istifadəsi saçlara zərər verə bilər. Saç şəkilləndirici məhsullardan tez-tez istifadədə etmək ziyandır. Belə ki, tez tez istifadə olunduğundan  saçdan təmizlənmədiyinə görə tellərdə zəifləmə və qırılmalara səbəb ola bilərlər.
- Saçlar tez-tez və ilıq su ilə yuyulmalıdır. Bundan başqa, ikisi bir yerdə vasitələr  yerinə, şampun və saç kreminin ayrı-ayrı tətbiq olunması daha doğru olar. Saç kreminizi saç uclarına sürtməniz yetərlidir.
- Alın bölgəsində bant şəklində görülən saç tökülmələrinin ən əsas səbəbi möhkəm, dartılmış yığılan saçlardır.

23 yanvar 2011
GO BACK