Məlum olduğu kimi qədim zamanlarda insanlar təbii vasitələrdən istifadə edərək bədənlərinin müxtəlif hissələrinə naxışlar çəkirdilər. Zamanla artıq onlar bədənlərinin bütün hissələrini deyil,yalnız bir neçə hissəsini boyamağa başladılar.Əsas gözlər və dodaqlar nəzərdə tutulmuşdur.Dodaq boyamağın yaranma səbəbi çox özünəməxsusdur.Belə ki,qədim dövrdə insanlar ovdan azuqə ilə qayıdanda,bütün tayfa bunun üçün Allaha təşəkkür edirdi.
Əgər gün uğursuz alınardısa və ovçular ovdan əli boş qayıdardılarsa,qadınlar qəm-qüssə rəmzi olaraq barmaqlarını kəsərək,çıxan qanı dodaqlarına sürtürdülər.Kəsilən barmaqlarının acısını duyaraq həmin günü,onlar kədərli bir gün kimi yaşayırdılar.Zamanla bu qanı meşə giləmeyvələrinin şirəsi əvəz etdi.Bununla da barmaq kəsmək ritualı tamamilə unuduldu.
Təbii dodaq boyaları ilk dəfə olaraq Qədim Misirdə yaranmışdır.Qədim Misir xanımlarının dodaq boyasından istifadə etməsinə səbəb dodaqlarının həcmini böyütmək deyildi,əksinə onların həcmini azaltmaq və daha gözəl görünməsini təmin etmək idi.Bir neçə müddətdən sonra qədim yunanlar da misirlilərə baxaraq dodaq boyasından istifadə etməyə başladılar.Roma imperiyasının xanımları isə dodağa boya sürtməyi varvarlardan öyrənmişdilər.
Beləliklə,bu artıq bir adət halını alaraq ölkələr arasında yayılmağa başladı.Və xanımların böyük marağına səbəb oldu.XX əsrin əvvəlinədək dodaq boyaları kiçik qablarda krem formasında istehsal olunurdu.Yalnız 1915-ci ildə indiki şəkildə istehsal olunmağa başladı ki,bu da dünyada bir yenilik oldu. Hal-hazırda dodaq boyaları bütün dünya xanımlarının əsas dekorativ kosmetikasına çevrilib.