Kalsium, lif, dəmir və manqan tərkibi sayəsində qidalanmada əhəmiyyətli olan darçından dodaqları dolğunlaşdırmaq və üz üçün maskalarda istifadə etmək mümkündür. Darçından həm tibbdə, həm də Çin təbabətində istifadə edilir. Xüsusilə ondan soyuqdəymədə istifadə edirlər. Buna görə də həkimlər şirniyyatların və meyvələrin üzərinə darçın səpilməsini məsləhət görürlər.
Bildiyiniz faydalardan yararlanmaq üçün evdə hazırlayıb istifadə edə biləcəyiniz fərqli darçınlı maskalar təqdim edirəm.
Darçınla dodaqlara dolğunluq verilməsi
Plastik əməliyyat etmədən dodaqlarınızı dolgunlaşdırmağa nə deyirsiniz? Dodaqlarınıza vazelin sürtün, daha sonra üzərinə az miqdarda darçın çəkin. Bu qarışığı bir neçə saniyə dodaqlarınıza yedirin və bir neçə dəqiqə gözləyin. Darçına görə dodaqlarınızda yüngül bir iynələnmə hiss edəcəksiniz. Son olaraq dodaqlarınıza bir qat daha vazelin çəkin. Daha dolğun və rəngli dodaqlarınızdan gülə-gülə istifadə edin.
Qeyd: Darçını vazelin və ya parladıcı sürtmədən dodağınıza çəkməyin.
3 yemək qaşığı bal ilə 1 çay qaşığı darçını krem ​​halına gətirin. Daha sonra üzünüzə çəkin. Darçın üzdə sızanaqlara səbəb olan bakteriyaları öldürür, bal isə qızartını azaldır və dərini nəmləndirir. 10 dəqiqə gözləyərək və ya üzünüzdə yanma hissi başladığında üzünüzü soyuq su ilə yuyun.
Saç tökülməsinə qarşı maska
İsti zeytun yağının içinə bir qaşıq bal, bir çay qaşığı toz darçın əlavə edib krem halına gətirin. Saçlarınızı yumadan əvvəl başınıza çəkin və 15 dəqiqə gözlədikdən sonra yuyun. 5 dəqiqə də saxlasanız təsirli ola bilər.
Bu maska da eynilə digər maskalar kimi asan tapa biləcəyimiz vəsaitlərdən hazırlanır. Həftədə bir gün rahatlıqla edə bilərsiniz. Dəriyə parlaqlıq, canlılıq verir, dəri ləkələrini aparır və dərini parlaq edir.
1 çay qaşığı toz darçın
2 çay qaşığı bal
1 çay qaşığı limon
Bütün ərzaqları qarışdırıb dərimizə çəkirik və 20 dəqiqə sonra yuyuruq.
Qeyd: Darçın dərinizə istilik verəcək və yanma hiss edəcəksiniz, bu vəziyyətə görə narahat olmayın, maskanı dərinizdən yuduqda keçir.