Kosmetik preparatların tətbiqi dərinin vaxtından qabaq qocalması prosesinin qarşısını alır. Hər kəs öz dərisinə uyğun olan kosmetik vasitələri seçməlidir. Tanış olmayan kosmetik vasitəni almamışdan qabaq mütəxəssislə məsləhətləşmək lazımdı. Ona görə də kosmetik vasitəni gözəl qabına, ətrinə görə almaq lazım deyil. Bəziləri soruşa bilərlər: "Bəzi tərifli xarici kremlər mənimlə eyni dərili insana yaxşı təsir etdi, bəs mənə niyə çatlar, quruluq, qaşınma, səpkilər verdi?" Bəzi qadınlara qələvi preparatlarına - sabuna, şampuna, depilyatora, saç üçün olan rənglərə qarşı yüksək həssaslıq var. Bəzi kosmetika növlərinə qarşı digər başqa bir həssaslıq da allergiyadır. Bəzən hətta dırnaq boyası belə allergiya verə bilər. Ona görə də allergiyalı xanımlar kosmetikaya qarşı daha da diqqətli olmalıdırlar. Bəzi preparatların istifadəsi üçün ümumi əks göstərişləri vardır. Üz damarları genişlənmiş xanımlar tərkibində damarların daha çox genişlənməsinə səbəb ola biləcək kamfora, jenşen kökü, xlorofil və s. olan krem və məhlullardan istifadə etməməlidirlər. Müxtəlif kremlərin tətbiqindən əlavə dərinin nəmləndirməsinin qayğısına da qalmaq lazımdır. Bunu üçün vaxtaşırı nəmləndirici kremlərdən istifadə etmək gərəkdir. Ən əsası da üzdə olan qırışlardır. Qırışlar adətən çox arıqladıqda, tüstülü yerlərdə, siqaret çəkdikdə daha tez əmələ gəlir.
Kosmetikanın silinməsi üzün krem, kirşan, ya da ənliyin kosmetik süd, qaymaq və ya digər təmizləyici məhlullarla təmizlənməsidir. Bu yolla rənglənməmiş, lakin su və sabun götürməyən dərini də təmizləyirlər.
Təmizləyici yağlı kremi üzə bu qaydada yaxırlar. Sol əlin üç orta barmaqları ilə kremi götürüb üzə qoyur və sağ əlin həmin üç barmaqları ilə təzyiq etmədən yüngül və sürüşdürücü hərəkətlərlə üzə, buxağa yaxırlar. Bundan sonra pambığı üzün dərisinə uyğun gələn bir məhlula batırıb silirlər. Kosmetikanı alından başlayıb silirlər. Bunu dairəvi hərəkətlərlə sağ gicgahdan sol gicgaha doğru, göz qapaqlarından, burundan başlayıb qaşlar boyunca gözün künclərinə doğru aparmaqla silirlər.
Ağız ətrafı yarımdairəvi hərəkətlərlə silinir.
Diqqət: Dodaq boyasını ilk növbədə üzü təmizləməmişdən qabaq silirlər.
Hər bir xanıma cavan, gənc və gözəl qalmağı arzu edirəm!