Qadin.NET / Braziliya feni (Fix Nano Keratin)

Braziliya feni (Fix Nano Keratin)


Braziliya feni (Fix Nano Keratin)

Bu yaxınlarda bir gözəllik salonunun yanından keçərkən qapılarında belə bir reklamla qarşılaşdım:


"Braziliya feni çəkilir,4-6 ay müddətində qalıcılıq və qiymətləri filan..."

Mənə maraqlı gəldi,evə dönən kimi həmən internetdən araşdırdım və bu saç düzləşdirmə üsulu haqqında məlumatlar əldə etdim.Sən demə bu,elə bizim bildiyimiz adi "Saç düzləşdirmə" üsuludur,sadəcə Braziliya adıyla əlaqəsi olduğunu bilmirdim smile İndi onları sizlərlə də bölüşmək istəyirəm,bəlkə kiminsə işinə yarayar fellow winked


Əvvəlcə, Fix Nanokeratin sistemi nədir,bu haqda:

Fix NANO KERATIN  Braziliyada icad edilmişdir.  Doktor Fausto Silva xərçəng araşdırma institutu Braziliyada dəri xərçəngi üçün bir əlac tapmağa çalışarkən,  Nano keratinin saç üzərindəki təsirlərini kəşf etdi .6 il içərisində  nano texnologiya , insan saçlarında istifadə edilə biləcək bir məhsul halına gətirildi.

1998-ci ilin  sonlarında  bu işin məhsulu bazara təqdim edildi. Türkiyəyə Fix Nano keratin adı altında  təqdim edilən bu məhsul qısa müddət içərisində məşhurlar üçün imtina edilməz hala gələn qalıcı fen, saçların 5 ay boyunca fenli kimi görünməsini təmin etdi.


 



Braziliyalı super model Gisele Bündchen və Amerikalı televiziya ulduzu  Nicole Ritchie kimi məşhurlar bu məhsuldan istifadə edirlər. Tətbiq əsnasında saçlara Fix keratin sürtülüb saçlar ütülənir. Qalıcı fen 4 mərhələdə edilir və əməliyyat 2 saat davam edir. Saça nəmləndirici təsirdə də olan Braziliya feni sayəsində saç yumşaqlıq və parlaqlıq qazanır və elektriklənmənin qarşısı alınır.
Tərkibində olan nano molekullar saça dərininə nüfuz edərək aylarla saçlarda qalması təmin edilir, nano texnologiya sayəsində xüsusilə kimyəvi maddələrdən köhnələn saçların təkrar parlaq və möhkəm olması təmin edilir.


Braziliya feni (Fix Nano Keratin)


Beləliklə,deyilənə görə Braziliya feni ilə edilən saç düzümü 4 ilə 6 ay arasında dəyişən bir ömürə malikdir.Mütəxəssislər be fenləmə ilə saçların yuma sonrasında qurumasıyla birlikdə fenli görünüşə keçəcəyi və əsla qabarma, buruqlaşma və ya dalğalanma olmayacağını qeyd etmişlər.
Ancaq Braziliya feni üçün bəzi şərtlər var. Saç tamamilə təbii olmalı, saç rənginin hər hansı bir maddə, kimyəvi vasitə istifadə edilərək açılmamış olması vacibdir.Boyanmış saçlarda isə tətbiq oluna bilir.


Braziliya feni (Fix Nano Keratin)


Sizlər, bu üsula necə baxırsınız və umumiyyətlə,aranızda saç düzləşdirmə üsulundan istifadə edən olubmu? Bizimlə paylaşmağı unutmayın laughing

7 dekabr 2010
GO BACK