Tünd rəngli dodaq boyasını nə zaman çəkmək olar?
Dostlarınla görüşməyə gedəndə:
Yeni dodaq boyası aldıqda onu əvvəl dostlarınızla görüşməyə gedərkən çəkin və onlardan necə göründüyünüzü soruşun. Seçiminiz yanlış olsa belə yoldaşlarınızın yanında özünüzü pis hiss etməzsiniz.
Məktəbdə və ya işdə nəyinsə təqdimatını edəndə:
Kim nə deyirsə-desin, tünd rəngli pomadaların insanın özünəinamını yüksəltdiyi bir gerçəkdir... Özünüzdə inam hissinə ehtiyac duyduğunuz hallarda, tünd rəngli pomada çəkməyinizi tövsiyə edirik.
Ailənizi ziyarətə gedəndə:
Böyüyüb valideynlərinizdən ayrıldıqda köhnə evinizə edəcəyiniz hər ziyarət onlar üçün olduqca əhəmiyyətli və mənalı olacaq. Çünki nə olursa-olsun, onlar qızlarını hər zaman xoşbəxt görmək istəyəcəklər. Təsir edici, tünd rəngli bir dodaq boyasının köməyi ilə onlara daim daha xoş və baxımlı görünə bilərsiniz.
Toyunuzda:
Qırmızı dodaq boyası çəkmiş gəlindən daha retro, daha klassik və daha qəşəng nəsə düşünə bilirsinizmi? Göz makiyajını çox qabartmadığınız təqdirdə qırmızı dodaq boyası sayəsində toy gününüzdə tam fərqli görünüşə sahib ola bilərsiniz.
Eynək taxanda
Eynək göz makiyajınızın ortaya çıxmasına mane ola bilər, buna görə də eynək taxdığınız zaman ən yaxşı variant dodaq boyası çəkməkdir.
Tünd rəngli dodaq boyasından istifadənin məsləhət görülmədiyi hallar:
Tünd tonlarda göz makiyajı edəndə:
Dumanlı göz makiyajını çox sevirik. Ancaq tünd rəng pomada çəkəcəksinizsə, daha yüngül bir göz makiyajı etməlisiniz. Çünki makiyajınızın balanslı olması sizi daha cazibədar göstərəcək.
Sevdiyiniz şəxsin ailəsi ilə tanış olarkən:
Sevdiyiniz şəxslə ilk görüş zamanı diqqətli olmaq lazımdır. Eynilə onun ailəsiylə tanış olacağınız zaman da tünd rəngli dodaq boyasından istifadə etməmək məsləhətdir. Xəbərdarlıq edirik: əgər onlarla yemək yeyəcəksinizsə, dodaq boyanız dişinizə və ya çənənizə bulaşa bilər. Belə riskə girmək istəmirsinizsə, daha təbii tonlardan istifadə etməlisiniz.
Yas mərasimi zamanı:
İllərdir hər gün qırmızı pomada çəkərək çölə çıxsanız da, belə bir gündə hörmət əlaməti olaraq tünd rəngli dodaq boyası çəkməyin!