Əziz xanımlar, istərdim sizə üzdəki piqment ləkələrini aradan qaldıran ağardıcı maska reseptləri təqdim edim.
1. 1 çay qaşığı sarıkök, 1 çay qaşığı yağlı süd (qaymaq da olar) və 1 çay qaşığı balı qarışdırıb üzünüzə çəkirsiz, 20-30 dəqiqədən sonra ilıq su ilə yuyursuz. Bu maskanı bir gündən bir etməyiniz məsləhətdir.
Qeyd: Maskanı üzünüzə çəkərkən əlcək geyinməyi unutmayın, əks təqdirdə dırnaqlarınızda sarıkökün ləkəsi qala bilər.
2. 1 xörək qaşığı limon suyu, 10 damcı 5%-li perekis məhlulu, 1 çay qaşığı süd və az miqdarda şampun əlavə edib qarışdıraraq üzə çəkilir, 10 dəqiqədən sonra üzdən təmizlənir.
Qeyd: Maska son dərəcə effektli olmasına baxmayaraq, həssas dərili xanımlara tövsiyə olunmur. Bu maska salon prosedurlarına aiddir.
3. 1 çay qaşığı cəfərinin suyuna bir qədər xama və 1-2 damcı limon suyu əlavə edirsiz, qarışdırıb üzünüzə çəkirsiz, 20 dəqiqədən sonra təmizləyirsiniz.
4. 1 yumurta sarısına bir neçə damcı limon suyu əlavə edib üzünüzə çəkirsiniz, yumurta qurumağa başlayanda üzünüzü yuyun.
5. Xiyarın suyu əla ağardıcı vasitədir, üzünüzü silə bilərsiniz və yaxud da xiyarın suyundan buz kubikləri duzəldib üzünüzü bu cür təmizləyə bilərsiniz