Qadin.NET / Makiyaj vasitələri necə təmizlənməlidir?

Makiyaj vasitələri necə təmizlənməlidir?

Makiyaj etməyi hər bir xanım sevir, amma məsələ makiyaj vasitələrinin təmizlənməsinə gəlincə bir çoxumuz tənbəllik edirik. Sağlamlığımız baxımından vacib olduğu üçün bu mövzu hər birimizin diqqətini cəlb edir.
Bir qadın nə qədər baxımlı olsa o qədər xoşbəxt olur. Amma bir məsələni əsla unutmayaq: təmizlik! Makiyaj edərkən istifadə etdiyimiz alətlərin təmizliyi ən azı makiyajınız qədər əhəmiyyətlidir!  
Makiyaj vasitələri necə təmizlənməlidir?
Makiyaj fırçaları:
Mükəmməl makiyaj üçün mükəmməl makiyaj fırçalarına sahib olmaq gərəkdir. Yaxşı makiyaj fırçalarının da çox uyğun qiymətlərə satılmadığını da yaxşı bilirik. Yüksək qiymətə aldığımız makiyaj fırçalarını daha uzun müddət istifadə etmək üçün onlara layiq olduqları diqqəti göstərməliyik. 
Həftədə, ya da ən geci iki həftədə bir antibakterial əl sabunu ya da xüsusi fırça təmizləmə lasionuyla yuduğumuz fırçalar uzun illər bizimlə olacaq. Fırçanı ilıq su altında, tüklərini ovcumuzun içiylə incə masaj edərək yuyuruq. Düz bir səthdə, məsələn masada, fırçanın ucu boşluğa dəyəcək şəkildə quruduruq.
Makiyaj vasitələri necə təmizlənməlidir?
Makiyaj süngəri:
Bakteriyalara əla zəmin yaradan makiyaj süngəri heç də "günahsız" deyil. Bir makiyaj süngərinin aylarla, illərcə dəyişdirmədən istifadə olunduğunu bilirik. Halbuki dərimizdəki bir çox problemin qaynağı ola biləcək süngər mütləq həftədə bir dəfə təmizlənməlidir. Makiyaj fırçalarını təmizləyərkən istifadə etdiyimiz metodlar süngər təmizləməsinə də tətbiq edə bilərik. Bütün bunlardan başqa nizamlı olaraq təmizləsəniz belə, makiyaj süngərlərinizi 6 aydan çox istifadə etməməniz məsləhətdir. 
Maqqaş və kirpik buran alət:
Makiyaj vasitələrini təmizləyərkən maqqaş və kirpik buran alətə əksəriyyətimiz laqeydlik edirik. Halbuki onları da nizamlı olaraq təmizləməli və üzərindəki mikroblardan, qalıqlardan uzaqlaşdırmalıyıq. Təmizləmə losyonunu sürtdükdən sonra maqqaşı və ya kirpik buran aləti təmiz bir parçayla yavaş-yavaş silə bilərsiniz. 
Makiyaj çantaları:
Makiyaj əşyalarına ev sahibliyi edən makiyaj çantaları olduqca tez çirklənir. Ayda və ya iki ayda bir, içindəki bütün əşyaları çıxarıb makiyaj çantalarınızı yaxşı təmizləməlisiniz. Bunu ən sadə və tez şəkildə antibakterial yaş salfetlə edə bilərsiniz. Çantanızın içinə dağılan bütün makiyaj artıqlarını təmizləməyinizdə köməkçi olacaq antibakterial yaş dəsmallar eyni zamanda çantanın içindəki bakteriyalardan qurtulmağınıza da kömək edəcək.
30 sentyabr 2013
GO BACK