Qadin.NET / Dəriyə qulluqda gül suyu və yağı

Dəriyə qulluqda gül suyu və yağı

Gül suyunun dərimiz üçün nə qədər faydasının olduğunu bilirdinizmi xanımlar? Dəri təmizliyi və baxımında gülün yeri ayrıdır. Mən mütləq hər gün silirəm üzümü gül suyu ilə.Gözəl bir toniktir. Gülsuyu ilə başqa bir çox müalicə edilir.İlk öncə dərini  çox gözəl canlandırır. Məsələn göz altlarını gül suyu ilə təmizləmək, göz altında yaranmış yağ vəzləri, yorğunluq və bənövşəyilikləri ortadan qaldırılmasına köməkçi olur. Hə xanımlar gül kimi görünmək üçün bu reseptlərə bir nəzər salın.

 

 

Gül suyu ilə dəri təmizləmək:

 

1)4 litr üzüm sirkəsi içinə 10 ovuc quru gül yarpağını əlavə edib qarışdırın. 15-20 gün günəşdə tutub süzün. Losyon, makiyaj təmizləyicisi olaraq istifadə edə bilərsiniz.
2)Üç ovuc təzə gül yarpağını 5 dəqiqə suda qaynadın sonra bir çay qaşığı döyərək toz halına gətirdiyiniz cökə yarpağından, bir xörək qaşığı təzə qaymaq, bir çay qaşığı süzmə bal əlavə edin.
Hazırlanan qarışığı krem halını alana qədər qarğıdalı unu əlavə edərək qarışdırın. Dərinin parlaq, nəmli və gözəl olmasını təmin edən bu qarışığı üzünüzə sürtə bilərsiniz.
 

Dəriyə qulluq:
Quru bir dəriyə sahibsinizsə bu görünüşdən xilas olmaq üçün qurudulmuş gül yarpaqlarını kiçik hissələrə bölün, süd, qarğıdalı nişastası və bir parça bal ilə qarışdırın. 15 dəqiqə gözlətdikdən sonra, bu qarışıqla üzünüzə yavaş-yavaş masaj edin. Bu masaj sayəsində dəriniz itirdiyi nəmi geri qazanacaq.
- 3 çay stəkanı gül suyuna 1 çay stəkanı vazelin qoyun və qarışdırın. Bu qarışıq əl və dodaq çatlaqlarına yaxşı təsir edəcəkdir.
- Saf zeytun yağının içinə 10-15 damla gül yağı qoyun bədənə masaj edin.
- Vanna suyunun içinə 11-15 damla gül yağı damcıladıb yaxşıca qarışdırın, bu qarışıq bədəninizin həm gözəl ətir saçmasına həm də rahatlamağınıza kömək olacaq.
 

Saçların baxımında gül suyu:
- 30 q şampunun içinə 12 damla gül yağı qoyun və qarışdırın. Saç diblərinə masaj edərək saçınızı yuyun. Bu maska saçınızı bəsləyir, kəpəklənməsinin qarşısını alır.
- 4 damla gül yağını saç fırçanıza tökün saçınızı darayın.
 

Sağlamlıq üçün gül suyu:
Gül mürəbbəsi, qızılgül şərabı, gül balı qəbul etməyə davam edildikdə mədəni qüvvətləndirər, yaralara və tıxanıqlıqlara yaxşı təsir edir.
- İshal qarşısını almaq üçün 20 qr. gül qurusunu 1litr suda qaynadın, gündə 3 fincan içə bilərsiniz.
- 2 su stəkanı təzə gül yarpağını, 2 stəkan şəkər ilə qarışdırın. 1 stəkan su ilə zəif ocaqda 1-2 saat bişirin. Ocaqdan götürmədən əvvəl içinə yarım limon şirəsi qatın. Bu qarışıq yüngül həzm sistemi iltihablarına, revmatizm və oynaq iltihablarına yaxşı təsir edir.
 

Gül yağının faydaları:
- Antiseptik (mikrob öldürücü) olaraq istifadə edilən gül yağı makiyajı silir, dəridəki doğum ləkələrini təmizləyir. Allergik dərilərə  yaxşı təsir edir. Dəriyə
canlılıq verir.
- Boğaz və badamcıq iltihaplarının ortadan qaldırılmasına kömək olur.
- Əllərinizin və dərinizin gözəlləşməsi üçün gül yağını badam yağı ilə qarışdırıb, istifadə edə bilərsiniz.

1 dekabr 2010
GO BACK