Qadin.NET / Güzgü ilə dost olaq!

Güzgü ilə dost olaq!

Güzgü ilə dost olaq!

Güzgü ilə dost olaq!

 

Salam əziz xanımlar.Bu gün sizləri üz təmizləyici bir reseptlə tanış etmək istəyirəm.Çoxumuzun üzündə yeniyetmə vaxtında sizanaqlar olub,zaman keçdikcə bu sızanaqlar təmizlənsə də ləkələri qalıb.Məndə 1 il bundan qabaq bu problemlə üzləşmişəm.O günə qədər ki,bir yaxınım məni bu reseptlə tanış etdi.İlk dəfə bunu eşidəndə inanmadım.Çünkü dərmanlar çox az pul aparır.Həm ucuz,həm keyfiyyətli.İnanmasam da istifadə etdim.Nəticə inanılmaz oldu.Diqqətinizə onu da çatdırım ki,bu kosmetoloqun məsləhəti ilə olub.

Lazım  olanlar:

1)levomisetin

 2)streptosid

 3)2 %-li spirt (25ml)

 Bu dərmanların hər birindən 4 ədəd götürüb un halına düşənə qədər əzirik.Sonra bu qarışımı spirtin içinə qatıb,yaxşı-yaxşı qarışdırırıq.Amma bundan gündüz vaxtı istifadə etmək olmaz.Çünkü həm gün işığı olmaz,həm də çox ac olur.Mən bundan həmişə yatanda istifadə edirəm.Səhər durub üzümü ilıq su ilə və sabunla yuyuram.Mənim üzümə Çistaya Liniya-nın ekstrakt klevera gülü olan sabun düşür.Amma sabunla yuyulması mütləqdi.Dediyim kimi çox acı olur.Ola bilsin ki,kiminsə üz dərisinə sabun düşmür onda gərək su ilə üzünü təkrar-təkrar yusun.Yuyub qurtarandan sonra əsla üzünüzə dəsmal vurmayın.Apteklərdə xüsusi salfetlər satılır,onlardan istifadə etsəniz daha yaxşı olar.Onu da diqqətinizə çatdırım ki,bu elə iki gündə özünü biruzə vermir.Bunu sizdə sizi gec-gec görən insanlar daha tez başa düşə bilərlər.Amma bu qarışımı istifadə etməmişdən əvvəl qolunuzda yoxlayın.Ola bilsin ki,sizin dərinizə düşməyə bilər.Mən bundan 5 ay istifadə etdim və nəticəsi gözlənilməyəcək qədər əla oldu.

Onu deyim ki,bundan istifadə etməmişdən qabaq güzgüylə düşmən kimi idim.Amma indi güzgüyə qürurla baxa bilirəm.

Məndən bu qədər əziz xanımlar.İstəyən istifadə edə bilər.Mənə çox xeyri olub.İnşallah sizə də kömək olar.

30 noyabr 2010
GO BACK