Dərinizə tətbiq edəcəyiniz soyuq bir müalicənin sizə necə faydası olduğunu bilirsinizmi?
Buz günün yorğunluğunu və stressini alan, maddələr mübadiləsini gücləndirən çox qiymətli bir köməkçidir. Şəffaf, sərt, hamar, işıqlı-tam olaraq buz belədir, dərimizin bu şəkildə olmasını istədiyimiz kimi. Gücləndirici şok müalicəsi üçün bizə lazım olacaq bir parça buz möcüzəvi təsirə malikdir.
Makiyajınızı etməzdən əvvəl, bir tənzifə buzu qoyub, üzünüzün və gözlərinizin ətrafında gəzdirməyə cəhd edin. Buz ilə əzələləri gücləndirə, dərini gərginləşdirə, dərinizdə olan şişkinliyi yox edə bilər, yağlı dərilərin genişlənmiş məsammələri üzərində mükəmməl nəticə ala bilərsiniz.
1. Dəriniz quru, həssas, ya da problemlidirsə (yəni sızanaq əmələ gəlməsinə meylli), buzdan uzaq durun.
2. Üz ətrafına və boyuna sürtmək üçün, kiçik parçalara ayırdığınız 9-10 ədəd buzu tənzifin arasına qoyun. Bunu bir neçə dəqiqə üzünüzdə gəzdirdikdən sonra bir az ara verin. Bu əməliyyatı buz əriyinə qədər davam etdirin.
3. Hər gecə, yatmazdan əvvəl dərinizin göz qamaşdırmasını təmin edə bilərsiniz. İncə bir tənzifə qoyduğunuz buz parçalırını sürətlə sinələrin üzərinə, dekolte hissənizə sürtün.Soyuq, toxumaları gərginləşdirib canladıracaqdır.
4 . Soyuducuda axşamdan bir çay qaşığı saxlayın. Səhərlər çox vaxt yorğun, ya da şişmiş gözlərlə oyanırıq. O zaman bu soyuq çay qaşığından çəkinmədən istifadə edə bilərsiniz. Qaşığın enli hissəsini şişmiş göz qapağınıza söykəyib bir neçə saniyə gözləyin. Fərqi dərhal hiss edəcəksiniz.