Əziz Qadin.Netli xanımlar, bu dəfəki xəbərim bir az uzun saçlı xanımlar üçün daha uyğundur. Sizi ziq-zaq formalı saç düzümünü necə yığmaq qaydası ilə tanış edəcəm.
Əvvəlcə saçımızı yaxşı darayırıq.
Sonra saçımızın yuxarıdan üst hissəsini daraq vasitəsi ilə saçın orta hissəsindən diblərinə doğru daraqyırıq.
Qabaqda qalan saçları şəkildəki kimi darayırıq.
Daradığımız saçın orta hissəsi eləcə qalır, sağ tərəfdən bir qədər saç götürüb sol tərəfə bururuq.
Sonra sağ tərəfə burduğumuz saçı saç yabası ilə yaxşıca bərkidirik ki, açılmasın.
Sonra sol tərəfdəki saçları daraq vasitəsi ilə düzəldirik.
Eyni qayda ilə sağ tərəfdəki saçları da darayırıq.
Amma saçları çoxda sıx yığmırıq, bir az boş olmalıdır.
Səliqə ilə hər iki tərəfdən ayırdığımız saçları saç rezini vasitəsi ilə yığırıq.
Oxşar şəkildə yenə saçları yığırıq.
Yenə də sol tərəfdən bir qədər saç götürüb sağ tərəfdə yığırıq.
Eyni şəkildə sağ tərəfdəki saçları sol tərəfdə birləşdiririk.
Eyni qayda ilə davam edirik.
Və sonda saçları saç lakı ilə laklayırıq.
Nəhayət ziq-zaq formalı saç düzümümüz hazırdır. Hər bir kəsi yoxlamağa dəvət edirəm, çox asandır.