Qadin.NET / Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)

Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)

Xəbəri bəyəndiyiniz üçün ikinci hissəni də sizin üçün hazırladım. Bu dəfəki xəbərimdə də sizə gözəl saç modelləri təqdim etmək istəyirəm. Hər biri çox gözəl və yığılma qaydası sadə olan saç modelləridir. Hər birinizi baxmağa dəvət edirəm. Buyurun.

Bu modeli gəzintiyə gedərkən yığa biləsiniz.

Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)

Bu saç yığımı orta yaşlı xanımlar üçün daha uyğundur. Şəkildə gördüyümüz kimi saçın yan hissələrini saxlayıb orta hissəsini toplayırıq. Sonra yanlardan saxladığımız saçları hörürük, saçları topladığımız hissədə birləşdiririk və belə bir gözəl saç modeli əldə edirik.

 

 

Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)

 

Bu modeldə yuxarıdakı saç modelinə oxşardır. Amma uzun saçlı qızlarımız üçün nəzərdə tutulmuşdur. Bu şəklə diqqətlə baxın, saçı əvvəlcə yanlardan hörürük, sonra hamısını birlikdə toplayıb saç rezini ilə yığırıq və sonra toppuz şəklində toplayırıq.

Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)

Toppuz şəklində olan bu saç modelini yaxınlarınızın toyuna, nişana gedərkən elə özünüz ev şəraitində toplaya bilərsiniz.

Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)

Bu da olduqca sadə bir modeldir. Saçınızı arxadan toplayıb sünbül formasında hörürük. Sonra arxadan toplayırıq və budur, saçımız hazırdır.

Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)

Bu saç modelini toya, ziyafətə gedərkən yığa bilərsiniz, yığım qaydası çox rahatdır. Şəkillərə diqqətlə baxın.

Ev şəraitində yığa biləcəyiniz saç modelləri (2)
11 avqust 2013
GO BACK