Qadin.NET / 10 addımda yenilən

10 addımda yenilən

10 addımda yenilən

      1.Nanə çayı iç! Nanə rahatlaşdırıcı təsirə malikdir və kosmetik məqsədlə ən çox istifadə edilən bitkidir. Digər bir faydası isə həzmi asanlaşdırmasıdır. Hər yeməkdən sonra içəcəyin nanə çayı ilə həm toksinlərdən təmizlənərsən, həm də özünü daha yaxşı hiss edərsən.

10 addımda yenilən

      2.Nəfəsini təzələ! Evkalipt də eynilə nanə kimi rahatlaşdırıcı təsirə malikdir. Burun tutulmasına çox yaxşı gəlir. Nəfəsi təzələyərək ağızdan iy gəlməsinin qarşısını alır.

10 addımda yenilən

       3.Buz kompleksi et! Buzun da eynilə soda kimi dərini rahatlaşdırıcı təsiri vardır. Hər səhər üzünü yuduqdan sonra, buz parçaları ilə boynuna və üzünə dairəvi hərəkətlərlə masaj et.

10 addımda yenilən

       4.Portağal qabığından faydalan! Dişlərin çoxmu sarı görünür? İşə yaramayan diş pastalarını bir kənara burax və portağalın möcüzəvi gücündən faydalan! Bir portağalın qabığını qurut. İçinə bir az təbaşir tozu və qərənfil əlavə edib, hamısını toz halına gətir və dişlərini bu tozla fırçala. Nəticəyə inana bilməyəcəksən...

10 addımda yenilən

        5.Alma ye! Alma, bilinən ən yaxşı təmizlənmə meyvəsidir. Daxilini təmizləmək üçün, hər gecə yatmazdan əvvəl bir dənə alma yeməyi sına. Həzmsizlik problemin varsa, almanın özünü yemək yerinə suyunu içə bilərsən.

10 addımda yenilən

        6.Göz yorğunluğunu yox et! Bir dəsmalı arasına rəndələnmiş alma, ya da iki dilim çiy kartof qoy və bir neçə dəqiqə göz qapağının üzərində gözlət. Gözlərindəki yorğun ifadənin yox olduğunu görəcəksən.

10 addımda yenilən

        7.Enerjini artır! Bunun ən yaxşı yolu, çimməyə başlayanda suya bir miqdar bibəriyə atmaqdır. Özünü çox daha yaxşı və enerjili hiss edəcəksən.

10 addımda yenilən

        8.Freş ətirlər istifadə et! Yazda ədviyyatlı, ağır ətirlər istifadə etmək, özünü daha çox yorğun hiss etməyinə gətirib çıxaracağından; seçimini yüngül, çiçək qoxulu ətirlərdən et. Hətta ətir yerinə dezodorant istifadə etməyi sına!

10 addımda yenilən

         9.Sodalı duş qəbul et! Nasoslu bir şüşəyə doldurduğun sodanı bir az soyuducuda gözlədib, üzünə və bədəninə sıx. Ən bahalı tonikdən belə yaxşı nəticə əldə edəcəyindən əmin ola bilərsən. Məşhurlar da belə edir.

10 addımda yenilən

         10.Abur-cuburu kəs! Gündə gərəksiz nə qədər kalori götürdüyünün fərqindəsənmi? Cipslər, şokoladlar və s...Bunları həyatından bir müddətə də olsa çıxardığında, həm arıqlayarsan, həm də "yenilənmənin" ən əhəmiyyətli mərhələsini reallaşdırmış olacaqsan.

25 iyul 2013
GO BACK