1.Gözəl dəri üçün yaxşı məsləhətlər
Cinsi yetişkənlik zamanı piy vəziləri, dəri piyi (yağlı maddə) ifraz edir. Hərdən çox miqdarda ifraz edilən piy və ölü hüceyrələr dəri məsammələrini tutur. Bu zaman bakteriyalar artmağa başlayır və civzələr əmələ gəlir. Gənclərin 95%-də bunlara rast gəlinir. Ancaq səbirli olmaq lazımdır. Civzələr bir gün içində yox olmur. Buna baxmayaraq, bəzi qaydalara əməl etməklə civzələrdən azad olmaq olar.
-Gündə iki dəfə üzünüzü təmizləyici və ya civzələrə qarşı dərman qatılan vasitə ilə yuyun.
-Əllərinizi üzünüzdən uzaq saxlayın. Civzələri sıxmayın. Əgər belə etsəniz civzələrin sayı artar və bakteriyalar üzün hər tərəfinə yayılar.
-Gündəlik multivitamin qəbul edin. Çoxlu meyvə-tərəvəz yeyin və çoxlu su için. Meyvə-tərəvəz vitamin mənbəyidir, su isə bədəni toksinlərdən təmizləməklə yanaşı dərini təravətli edir.
-Yastıqüzünü tez-tez dəyişin ki, yağ və çirk yığılmasın. Əgər belə olsa həmin yağ və çirk yenidən üzümüzdə civzə əmələ gətirər.
2.Sağlam saçlar üçün dəyərli məsləhətlər
-Mütəmadi olaraq şampundan istifadə edin. Sonra isə balzamla saçınızı yuyun.
-Çalışın ki,şampun sizin saçlarınıza uyğun olsun. Sonra isə saçlarınızı gücləndirmək və həcm vermək üçün balzamlardan istifadə edin.
-Seyrək dişli daraqlardan istifadə edin. Şotka daraqlar saçlarımızı qıra bilər. Ona görə də saçlar nəm ikən nazik dişli daraqlarla daramaq daha yaxşıdır.
-Saçlarınızı tez-tez saçqıranlardan təmizlədin.
3.Gözəl gülüş üçün faydalı məsləhətlər
-Dişlərinizi hər gün 2 dəfə yaxşı təmizləmək lazımdır. Fırçalamaq müddəti 2 dəqiqədən az olmamalıdır.
-Çox şirniyyat yeməyin. Şirin məmulatlar dişləri çürüdür.