Qadin.NET / Kirpiklərim çox qısadır, necə uzada bilərəm?

Kirpiklərim çox qısadır, necə uzada bilərəm?

Kirpiklərim çox qısadır, necə uzada bilərəm?

Bir çox qadınların kirpiklərindən şikayətçi olduğu məlumdur. Xüsusilə, qısa kirpiklərə sahib olan qadınların pozulan gözəlliklərindən ötəri, kirpiklərini uzatmanın yollarını axtardıqları məlumdur. Gözlərə dərinlik qatan məhz kirpiklərdir. Eyni zamanda gözlərdə ən çox diqqət çəkən və gözəlliyi önə çıxaran məhz kirpiklər olduğunu hamımız gözəl bilirik. Bəzilərində doğuşdan sonra qısa, bəzilərində isə uzun  olan kirpikləri (doğru baxım və kosmetik məhsullarla) göründüyündən daha uzun hala gətirilməsi əlbəttə ki, mümkündür. Kirpiklərim çox qısadır, necə uzada bilərəm?- deyənlər  hazırladığım bu yazı məhz sizlərə faydalı olacağına ümid edirəm.

Kirpiklərim çox qısadır, necə uzada bilərəm?

Böyüklərimizin  müxtəlif vəsaitlər ilə gözəlliklərini qoruduqlarını siz də fərqinə varmısınız. Bu vəsaitlərdən biri hind yağı, digəri isə badam yağıdır. Bir neçə həftə boyunca hər gün nizamlı olaraq yatmazdan əvvəl kirpiklərinizə tətbiq edə biləcəyiniz bu yağlar, bir müddət ərzində yavaş-yavaş öz təsirini göstərməyə başlayacaq və çox daha uzun, gözəl kirpiklərə qovuşmanızı təmin edəcəkdir. Sınaqdan keçirmək istəyənlər bu qarışığı E vitamini nektarları ilə də hazırlaya bilərlər və beləcə kirpiklərinin daha sağlam və güclü olmasını təmin edə bilərlər.

 Kirpiklərim çox qısadır, necə uzada bilərəm?

Bədənimizdəki saç və kirpiklər tamamilə zülal quruluşundan meydana gəlir. Gündəlik həyatımızda zülal əskikliyinə yol verməyəcək şəkildə doğru qidalansaq kirpiklərimizin uzunluğuna təsir etmiş olarıq. Ayrıca vitaminlər baxımından da əskik qalmamaq həm bədəninizin ümumi sağlamlığını artıracaq, həm də kirpiklərinizin tökülməməsinə təsir edəcək. 

Kosmetik məzmunda danışmaq lazım olarsa, kirpik qıvırma aparatları əlbəttə ki, kirpiklərinizin daha uzun görünməsini təmin edəcək. Lakin bu vəsaitlərin sıx və nizamlı istifadəsi kirpiklərimiz üçün problem yaradacaqdır. Yalnız xüsusi zamanlarda istifadə etmənizi təklif etdiyim bu tip məhsulları nizamlı olaraq istifadə etməməlisiz.

Əgər bu tip kirpik uzatma üsuluna müraciət etmək istəmirsinizsə, taxma kirpikləri də sınaqdan keçirə bilərsiniz. Təbii ki, bunları da davamlı olaraq istifadə etmək olmaz. 

Sonda hər bir xanıma daima gözəl və baxımlı olmağı arzu edirəm...

3 avqust 2013
GO BACK