Qadin.NET / Bunları mütləq yoxlayın

Bunları mütləq yoxlayın

Hər bir qadın istəyir ki, hər zaman diqqət mərkəzində olsun. Ətrafındakı insanlar üçün və yaxud da yalnız bir insan üçün hər zaman fərqli olmaq, gözəl görünmək, digərlərindən seçilmək istəyir. Bəs bu gözəlliyi, fərqliliyi necə əldə etmək olar? Kimisi bu suala "geyimlə", kimisi "saç düzümü ilə", kimisi də "makiyajı" ilə cavab verəcəkdir. Mən də məhz sonuncu cavabı verən xanımlar üçün maraqlı xəbər hazırlamağı qərara aldım. 

Makiyaj, aktuallığını əsla itirməyən bir mövzudur. Aktuallığını itirməyən makiyajın modası heç keçməyən, klassik deyilə biləcək, amma bir o qədər də təəccüblü texnikaları olan mövzüdür. Əgər dəbdən düşmüş hesab etdiyiniz  üçün istifadə etmirsinizsə mütləq yazımıza bir göz atmalısınız. 

Bunları mütləq yoxlayın

Qırmızı dodaq boyası bir qadın üçün nə olursa-olsun, əhəmiyyətini itirmir. Qıpqırmızı cazibədar dodaqlar hər zaman dəbdə olan bir rəngdir.

Bunları mütləq yoxlayın

Günün ən çox istifadə edilən texnikası olan göz layneri sürmək, gözləri böyütmək üçün birə-birdir. Sürməli gözlər hər zaman cazibədardır, qəşəngliyi və sadəliyi özü ilə gətirər.

Bunları mütləq yoxlayın

Xüsusilə bürünc rəngin üstündən rahatlıqla istifadə edilən bürünc ənliklər dəridə parlaq və işıltılı bir görünüş təmin edir. Bu, hər zaman seçim edə biləcəyiniz məhsullardır.

Bunları mütləq yoxlayın

Dumanlı göz makiyajları hər qadının favoritidir. Bozlu, qaralı göz makiyajı, göz rəngi və şəkli nə olursa olsun hər qadına yaraşan makiyajdır.

Bunları mütləq yoxlayın


Gözəllik daxildən gəlir. Elə məhz bunun üçün də hər zaman daxili aləmimizin gözəl, zəngin olmasına çalışaq. Daxilimizi çirkinliklərdən qoruyaq. Belə olan halda ətraf tərəfindən də seçilib, hər zaman da diqqət mərkəzində olarıq. Unutmayın ”Çirkin qadın yoxdur, baxımsız qadın vardır”. 

22 iyun 2013
GO BACK