Tarix boyunca, qadın və kişilər yaxşı görünmək üçün bir çox şey sınamışdır. Hətta bəzən bu, sağlamlıqları bahasına başa gəlib. Bu problem bu günə qədər də davam edir.
Bürüncləşmək
Bağlı sahələrdə bürüncləşmənin ciddi risk daşıdığına baxmayaraq, bir çox amerikalı, xüsusilə gənclər qaralmış görünüş əldə etmək üçün lampalara və bürüncləşmə yataqlarına müraciət edirlər. Bağlı solarium və günəş lampaları ultrabənövşəyi radiasiya yayır və dəriyə ciddi zərərlər verə bilər. Onlardan istifadə etmək erkən dəri yaşlanmasına, dəri yanıqlarına və dəri xərçənginə yol aça, gözə zəyan vura bilər.
Tatuaj
Bir adamın tatuaj sayının Hepatit C riski ilə doğru mütənasib olduğu 2010-cu ildə aparılan bir araşdırmanın nəticəsində ortaya çıxıb. Xüsusilə də tatuajın edildiyi iynə yoluxmuş qanla təmas etmişsə, risk çox böyük olir. Hepatit C-yə səbəb olan virus qaraciyərə hücum edir və onun istiləşməsinə səbəb olur ki, bu da serroz və qaraciyər xərçəngi ilə nəticələnə bilər. Həmçinin tatuaj əsnasında istifadə edilən boyalar allergik reaksiyalara da səbəb ola bilər.
Botoks
Botoks iynə üz qırışlarını sürətlə hamarlayan vasitədir. Clostridium botulinum-dan çıxarılan toksində botulizmə səbəb olan bir bakteriya var. İynə zamanı ağrı və inyeksiya yerində göyərmə, baş ağrısı, ürək bulanması və keçici əzələ gücsüzlüyü kimi əks təsirlər və fəsadlar yarana bilər.
Gözləri genişlədən kontakt linzalar
Bəzi mütəxəssislərə görə, gözlərinizin daha böyük görünməsini təmin edən kontakt linzalar ciddi görmə problemlərinə səbəb ola bilər.
Dəri ağardıcı kremlər
Dəri ağardıcı kremlər də daxil olmaqla bəzi kosmetik məhsulların tərkibində yüksək nisbətdə civə var. Civə dəri ağardıcı məhsullarda istifadə edilir, çünki o, dəri piqmentinin yaranmasına mane olur.
Bəzi sabunlarin, losyonların və yaşlanma əleyhinə kremlərin də tərkibində yüksək nisbətdə civə vardır. Buna görə də bunlara çox diqqət edilməli və tərkibi bilinməyən məhsullardan istifadə edilməməlidir. Civəyə məruz qalmaq ciddi sağlamlıq problemlərinə səbəb olur. O, böyrəklərə və sinir sisteminə zərər verə, eyni zamanda hələ doğulmamış və çox kiçik yaşda uşaqların beyin inkişafına da təsir edə bilər.
Saç düzləşdirmə məhsulları
Bəzi saç düzləşdirmə məhsullarının tərkibində təhlükəli səviyyədə formaldehid də daxil olmaqla, müxtəlif kimyəvi maddələr vardır. Formaldehid gözləri və burnu qıcıqlandıra biləcək kəskin iyli bir qazdır, astma, dərisi həssas və allergiyası olanlar üçün olduqca zərərli ola bilər.